Bakı, 7 noyabr, AZƏRTACNoyabrın 8-i Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş möhtəşəm Zəfər Günüdür. Bu tarix, sadəcə, hərbi Qələbənin ildönümü deyil, həm də xalqımızın illərlə qəlbində yaşatdığı torpaq həsrətinin, azadlıq arzusunun və tarixi ədalətin təntənəsidir. Uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsi Azərbaycan dövlətinin gücünü, xalqımızın birliyini və ordumuzun qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi.Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov söyləyib. O bildirib ki, bu böyük Zəfərin təməlində Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti dayanır. “Ölkəmizin iqtisadi qüdrətinin artırılması, ordunun müasirləşdirilməsi və milli birliyin möhkəmləndirilməsi tarixi Qələbəyə aparan yolun əsas amilləri oldu. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə misilsiz şücaət göstərərək torpaqlarımızı işğaldan azad etdi. Xüsusilə noyabrın 8-də Şuşanın azad olunması müharibənin taleyini müəyyənləşdirən tarixi hadisə oldu. Şuşada dalğalanan üçrəngli bayrağımız Azərbaycanın əzmini, milli qürurunu və sarsılmaz iradəsini təcəssüm etdirdi.Zəfər Gününün mənəvi mahiyyəti, ilk növbədə, şəhidlərimizin müqəddəs xatirəsi ilə bağlıdır. Bu Qələbə Vətən uğrunda canından keçən qəhrəmanlarımızın qanı, qazilərimizin fədakarlığı və milyonlarla insanın bir yumruq kimi birləşməsi hesabına qazanıldı. Onların göstərdiyi qəhrəmanlıq heç vaxt unudulmayacaq. Şəhidlərimizin əziz xatirəsini yaşatmaq, qazilərimizə və şəhid ailələrinə diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur. 2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradı Azərbaycan xalqının tarixi Qələbəsinin möhtəşəm nümayişi oldu. Bu parad həm də dövlətimizin hərbi qüdrətinin, milli birliyinin və gələcəyə inamının rəmzinə çevrildi. Bu gün Zəfər muzeyi, Hərbi Qənimətlər Parkı və Zəfər parkı həmin tarixi hadisələrin gələcək nəsillərə çatdırılmasına xidmət edir", - deyə R.Muradov vurğulayıb.O əlavə edib ki, Zəfər Gününün aşıladığı ən mühüm dəyərlərdən biri də dövlətçilik məsuliyyəti və milli həmrəylikdir: “Azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdış Proqramının həyata keçirilməsi Qələbəmizin davamıdır. Doğma yurdlarına qayıdan ailələrin öz evlərində təhlükəsiz və firavan yaşaması, Qarabağın yenidən dirçəlməsi bu tarixi Zəfərin ən böyük nəticələrindəndir”.
Bu gün
212 xəbər bu gün
İspaniyanın "Real Madrid" futbol klubu 2022-ci ildən bəri ilk dəfə bütün turnirlərdə ardıcıl səkkizinci qələbəsini qazanıb. Sonuncu qələbəsini portuqaliyalı baş məşqçi Joze Mourinyonun rəhbərlik etdiyi komanda "La…
Berlin, 8 noyabr, AZƏRTACBerlində Azərbaycan-Alman Tibb Günləri konfransının keçirilməsi əlamətdar hadisədir. Əlbəttə ki, bu konfrans Almaniyada təhsil alan, həkimlik fəaliyyəti göstərən və burada çalışan tibb…
Niderlandın "Transavia" aviaşirkəti Portuqaliyanın Funşal şəhərinə uçan təyyarələrindəki 7C sərnişin oturacağını dövriyyədən çıxarmaq qərarına gəlib. Şirkət bu addımı ilə portuqaliyalı futbolçu Kriştianu Ronaldunun…
Noyabrın 8-nə keçən gecə Yaponiyanın qərbində yerləşən Şizuoka prefekturası yaxınlığında 5,7 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 40 kilometr dərinlikdə yerləşib. Yeraltı…
Fransada 2027-ci il prezident seçkilərində namizəd Jan-Lük Melanşon qalib gələcəyi təqdirdə ölkəni NATO-dan çıxaracağını bildirib. O, Parisin Le Burje şəhərinin ətrafında keçirilən mitinqdə seçki platformasını təqdim…
UFC-nin rəhbəri Dana Uayt ABŞ Prezidenti Donald Trampın Ağ Evin mətbuat katibi vəzifəsini tutmaq təklifini qəbul etməyib. CNN telekanalına istinadən, bu barədə məlumatlı mənbələr bildiriblər. Telekanala danışan ABŞ…
İspaniya La Liqasının XII turunda “Real Madrid” səfərdə “Valensiya”nı 3:0 hesabı ilə məğlub edib. “Mestalya” stadionunda keçirilən qarşılaşmada qonaqlar ilk hissədə iki qol vurublar…
Yaponiyanın məşhur “Qodzilla” franşizasının yeni filmi ABŞ kinoteatrlarında böyük maraqla qarşılanıb. Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, “Godzilla Minus Zero” filmi nümayişinin ilk günündə 14,7 milyon…
При покупке кабеля для зарядки не стоит обращать внимание только на поддерживаемую мощность. Об этом сообщает издание How-To Geek, передает Day.Az со ссылкой на Lenta.ru. По словам специалистов, провод для зарядки…
Polşa polisi Krakov şəhərində atışma törədən şəxsin evində daha üç nəfərin meyitini aşkarlayıb
2027-ci il prezident seçkilərində solçu “Tabe olmayan Fransa” partiyasından namizəd olan Jan-Lük Melanşon qalib gələcəyi təqdirdə ölkəni NATO-dan çıxarmaq niyyətində olduğunu açıqlayıb
Bu gün telefonları, qulaqlıqları və digər elektron cihazları bir-birinə bağlayan Bluetooth texnologiyasının adı heç də təsadüfi seçilməyib. Simsiz rabitə texnologiyası adını X əsrdə yaşamış Danimarka kralı Harald…
Mexiko, 7 noyabr, AZƏRTAC Mexikoda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibənin nəticəsi olaraq Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalına son qoyan…
Fransa Prezidenti Emmanuel Makronun Paris yaxınlığında gizli bunkeri var. Etirazçıların Yelisey Sarayını ələ keçirməsi təhlükəsi yaranacağı təqdirdə prezidentin həmin bunkərə təxliyə oluna biləcəyi iddia edilir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Qoşa Qala meydanında xalqımızın 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin Səsi” adlı təntənəli konsert proqramı təşkil edilib. Zəfər sevinci…
Beynəlxalq həkimlər qrupu müəyyən edib ki, davamlı və nəzarət altına alınmayan yüksək qan təzyiqinin müalicəsi üçün nəzərdə tutulan yeni preparat – bakdrostata uzun müddət qəbul edilməsi könüllülərin 25%-də dərman…
Bakı, 8 noyabr, AZƏRTAC ABŞ ordusu Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb.AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.Komandanlığın açıqlamasında deyilir: "CENTCOM…
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın qabaqcıl silah sistemlərini və digər materialları həm quru, həm də Xəzər dənizi vasitəsilə daşımasının qarşısını almaq məqsədilə xüsusi işçi qrupu yaradıb.
Hakim Humberto Otazu təxminən 3 milyon müştərinin hesablarının dondurulmasına səbəb olan Ueno Bankının iflası işi üzrə ittiham olunan Paraqvayın keçmiş prezidenti Santyaqo Penanın…
Günəşdə ikinci M sinifli partlayış qeydə alınıb. Noyabrın 7-də Bakı vaxtı ilə saat 21:17-də 4566 nömrəli Günəş ləkələri qrupunda (S07E10) rentgen diapazonunda 13 dəqiqə davam edən M1.4…
Belarusun paytaxtı Minsk şəhərinin əsas rəmzlərindən biri olan Milli Kitabxananın binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Azərbaycanın Belarusdakı səfirliyi və Ticarət Evinin birgə təşəbbüsü ilə…
Suriya qoşunlarının Yəmənə göndərilməsi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil.
Balı, 8 noyabr, AXƏRTAC Noyabrın 7-də Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə kino” layihəsi çərçivəsində tanınmış rəssam-modelyer, dizayner, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət…
Yaponiyanın əfsanəvi futbolçusu Kazuyoshi Miura 59 yaşında meydana çıxaraq ölkə çempionatının tarixində yeni rekorda imza atıb. Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, “King Kazu” ləqəbi ilə tanınan…
İsrail prezidenti İsxak Hersoq Qadi Eyzenkota yeni hökuməti formalaşdırmaq tapşırığı verib. Modern.az xəbərə verir ki, bu barədə "Reuters" məlumat yayıb. İsrail Müdafiə Qüvvələrinin (IDF) keçmiş Baş Qərargah rəisi və…
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan paylaşım edib. Tribuna.az…
Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Tribuna.az xatırladır ki, şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin…
Azərbaycan Vətən müharibəsində Zəfərinin 6 illiyini qeyd edir. Tribuna.az -ın məlumatına görə, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq…
ABŞ prezidenti Donald Tramp rusiyalı döyüşçülər İslam Mahaçev və Həbib Nurməhəmmədovu Ağ Evin mətbuat katibinin köməkçiləri vəzifəsinə təyin etməyi təklif edib
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü və yanmağa başladığını iddia edib. Bu barədə SEPAH-ın yaydığı bəyanatda bildirilib. Qeyd…
Berlin, 8 noyabr, AZƏRTAC Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Səhiyyə Nazirliyi, TƏBİB və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilati dəstəyi, habelə hər iki ölkədə çalışan azərbaycanlı həkimlərin…
Argentinalı futbol ulduzu, "İnter Mayami"nin kapitanı Lionel Messinin çantası sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
В Китае во время подъема уровня воды в озере Поянху затапливает прилегающие дороги. Как передает Day.Az, в результате автомобилисты едут по участкам, которые оказываются полностью покрыты водой, создавая впечатление…