Ağdaş, 7 noyabr, AZƏRTACAğdaşda II Heyva Festivalı və Aqrar Biznes Festivalı keçirilib.AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda dövlət qurumlarının nümayəndələri, aqrar sahədə fəaliyyət göstərən şirkətlər, assosiasiyalar, fermerlər, sahibkarlar və digər iştirakçılar bir araya gəliblər.Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə tədbirin xalqımız üçün əlamətdar günə – Zəfər Gününə təsadüf etdiyini vurğulayaraq, bu tarixi günün xalqımızın çoxillik arzularının gerçəkləşdiyi gün olduğunu qeyd edib. O, bu möhtəşəm Qələbəyə görə Müzəffər Ali Baş Komandana, rəşadətli Azərbaycan Ordusuna və xalqımıza minnətdarlığını ifadə edib. İcra başçısı əlavə edib ki, bu festival artıq ənənəvi xarakter alaraq rayonun aqrar potensialının, milli-mədəni irsinin və turizm imkanlarının tanıdılmasına mühüm töhfə verir. Festivallar çərçivəsində kənd təsərrüfatında tətbiq olunan müasir texnologiyalar və rəqəmsal həllər nümayiş etdirilməklə fermerlərin məlumatlandırılması və aqrar sahəyə marağın artırılması hədəflənir.Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zəfər Gününün xalqımızın çoxəsrlik dövlətçilik tarixində müstəsna əhəmiyyət daşıdığını vurğulayıb, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Qələbənin şəhidlərimizin, qazilərimizin və rəşadətli Azərbaycan Ordusunun, xalqımızın fədakarlığı sayəsində mümkün olduğunu bildirib.Nazir Məcnun Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğı nəticəsində ölkədə aqrar sahənin inkişafı, o cümlədən meyvəçiliyin genişləndirilməsi istiqamətində mühüm hədəflər müəyyənləşdirilib. Nazir dövlət başçısının təsdiqlədiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müasir intensiv bağların sahəsinin 50 min hektardan 70 min hektara çatdırılmasının qarşıya məqsəd qoyulduğu diqqətə çatdırıb. Bildirib ki, Ağdaşın ənənəvi Heyva Festivalı rayonun aqrar potensialının, fermerlərin istehsal etdiyi məhsulların və müasir aqrar texnologiyaların nümayiş etdirilməsi baxımından mühüm platformadır.Milli Məclisin deputatı Sahib Alıyev bu cür festivalların bağçılıq və meyvəçiliyin inkişafına, eləcə də ölkənin ixrac potensialının artırılmasına mühüm töhfə verdiyini bildirib. Ağdaşın tarixi ənənələrinə toxunan natiq rayonun qədim dövrlərdən ticarət və ipəkçilik mərkəzlərindən biri kimi tanındığını qeyd edərək, festivalın gələcəkdə daha geniş miqyas alacağına əminliyini ifadə edib.Milli Məclisin deputatı Məzahir Əfəndiyev Heyva Festivalı və Aqrar Biznes Festivallarının Zəfər Gününün 6-cı ildönümü və “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilməsinin əhəmiyyətini vurğulayaraq, Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinə diqqət çəkib. O, festivalların kənd təsərrüfatının inkişafının, fermer və sahibkarların əməyinin, Azərbaycanın iqtisadi potensialının, ərzaq təhlükəsizliyinin və milli həmrəyliyinin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.Çıxışlardan sonra tədbir iştirakçıları festivalda nümayiş olunan stendlərə baş çəkiblər.Bu il ikinci dəfə təşkil edilən Heyva Festivalında Ağdaşın meyvəçilik ənənələri, yerli istehsalı və zəngin milli-mədəni irsi nümayiş etdirilib, rayonda yetişdirilən heyvanın müxtəlif sortları, ondan hazırlanan mürəbbə, şirniyyat və digər kulinariya nümunələri iştirakçılara təqdim olunub. Festival proqramında milli folklor, musiqi və rəqs çıxışları, ustad dərsləri, xalq sənətkarlığı nümunələri və müxtəlif əyləncəli tədbirlər yer alıb.Tədbir çərçivəsində texnoloji həllər, robot texnologiyaları, süni intellekt, startap layihələri və alternativ enerji istiqamətində yeniliklərə də yer verilib. Bu təqdimatlarda müasir texnologiyaların müxtəlif sahələrdə tətbiqi, rəqəmsal həllərin əhəmiyyəti və innovativ sahibkarlıq imkanlarının yaratdığı imkanlar diqqətə çatdırılıb.Festival çərçivəsində yerli fermerlərin, istehsalçıların və sahibkarların məhsulları da nümayiş etdirilib. Ziyarətçilər kənd təsərrüfatı məhsulları ilə yaxından tanış olmaq, onların istehsal xüsusiyyətləri barədə məlumat əldə etmək və yerli məhsulları birbaşa istehsalçılardan almaq imkanı qazanıblar.Tədbir çərçivəsində “Aqrar inkişafda rəqəmsal və yaşıl sinerji” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirələrdə aqrar sahədə rəqəmsal texnologiyaların tətbiqi, innovativ həllərin istehsal proseslərinə inteqrasiyası, bərpaolunan enerji mənbələrindən istifadə imkanları və yaşıl iqtisadiyyata keçidin kənd təsərrüfatının dayanıqlı inkişafındakı rolu diqqət mərkəzində olub. Paneldə Ağdaş Rayon İcra Hakimiyyətinin, Aqrar İnnovasiya Mərkəzinin, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri spiker qismində iştirak edib, müzakirəyə “Digital Umbrella” şirkətinin nümayəndəsi moderatorluq edib.Tədbirlə paralel təşkil edilən Aqrar Biznes Festivalında Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları, eləcə də kənd təsərrüfatı təyinatlı məhsul və xidmətlər təqdim edən özəl şirkətlər iştirak ediblər. Şirkətlər öz məhsul və xidmətlərini, aqrar sahədə tətbiq olunan yenilikləri, fermer təsərrüfatlarının inkişafına yönəlmiş həlləri və sahibkarlar üçün təklif etdikləri imkanları festival iştirakçılarına nümayiş etdiriblər. Müxbir- Rəşad Rəşidov
Bu gün
206 xəbər bu gün
Fransada 2027-ci il prezident seçkilərində namizəd Jan-Lük Melanşon qalib gələcəyi təqdirdə ölkəni NATO-dan çıxaracağını bildirib. O, Parisin Le Burje şəhərinin ətrafında keçirilən mitinqdə seçki platformasını təqdim…
UFC-nin rəhbəri Dana Uayt ABŞ Prezidenti Donald Trampın Ağ Evin mətbuat katibi vəzifəsini tutmaq təklifini qəbul etməyib. CNN telekanalına istinadən, bu barədə məlumatlı mənbələr bildiriblər. Telekanala danışan ABŞ…
İspaniya La Liqasının XII turunda “Real Madrid” səfərdə “Valensiya”nı 3:0 hesabı ilə məğlub edib. “Mestalya” stadionunda keçirilən qarşılaşmada qonaqlar ilk hissədə iki qol vurublar…
Yaponiyanın məşhur “Qodzilla” franşizasının yeni filmi ABŞ kinoteatrlarında böyük maraqla qarşılanıb. Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, “Godzilla Minus Zero” filmi nümayişinin ilk günündə 14,7 milyon…
При покупке кабеля для зарядки не стоит обращать внимание только на поддерживаемую мощность. Об этом сообщает издание How-To Geek, передает Day.Az со ссылкой на Lenta.ru. По словам специалистов, провод для зарядки…
Polşa polisi Krakov şəhərində atışma törədən şəxsin evində daha üç nəfərin meyitini aşkarlayıb
2027-ci il prezident seçkilərində solçu “Tabe olmayan Fransa” partiyasından namizəd olan Jan-Lük Melanşon qalib gələcəyi təqdirdə ölkəni NATO-dan çıxarmaq niyyətində olduğunu açıqlayıb
Bu gün telefonları, qulaqlıqları və digər elektron cihazları bir-birinə bağlayan Bluetooth texnologiyasının adı heç də təsadüfi seçilməyib. Simsiz rabitə texnologiyası adını X əsrdə yaşamış Danimarka kralı Harald…
Mexiko, 7 noyabr, AZƏRTAC Mexikoda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibənin nəticəsi olaraq Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalına son qoyan…
Fransa Prezidenti Emmanuel Makronun Paris yaxınlığında gizli bunkeri var. Etirazçıların Yelisey Sarayını ələ keçirməsi təhlükəsi yaranacağı təqdirdə prezidentin həmin bunkərə təxliyə oluna biləcəyi iddia edilir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Qoşa Qala meydanında xalqımızın 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin Səsi” adlı təntənəli konsert proqramı təşkil edilib. Zəfər sevinci…
Beynəlxalq həkimlər qrupu müəyyən edib ki, davamlı və nəzarət altına alınmayan yüksək qan təzyiqinin müalicəsi üçün nəzərdə tutulan yeni preparat – bakdrostata uzun müddət qəbul edilməsi könüllülərin 25%-də dərman…
Bakı, 8 noyabr, AZƏRTAC ABŞ ordusu Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb.AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.Komandanlığın açıqlamasında deyilir: "CENTCOM…
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın qabaqcıl silah sistemlərini və digər materialları həm quru, həm də Xəzər dənizi vasitəsilə daşımasının qarşısını almaq məqsədilə xüsusi işçi qrupu yaradıb.
Hakim Humberto Otazu təxminən 3 milyon müştərinin hesablarının dondurulmasına səbəb olan Ueno Bankının iflası işi üzrə ittiham olunan Paraqvayın keçmiş prezidenti Santyaqo Penanın…
Günəşdə ikinci M sinifli partlayış qeydə alınıb. Noyabrın 7-də Bakı vaxtı ilə saat 21:17-də 4566 nömrəli Günəş ləkələri qrupunda (S07E10) rentgen diapazonunda 13 dəqiqə davam edən M1.4…
Belarusun paytaxtı Minsk şəhərinin əsas rəmzlərindən biri olan Milli Kitabxananın binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Azərbaycanın Belarusdakı səfirliyi və Ticarət Evinin birgə təşəbbüsü ilə…
Suriya qoşunlarının Yəmənə göndərilməsi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil.
Balı, 8 noyabr, AXƏRTAC Noyabrın 7-də Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə kino” layihəsi çərçivəsində tanınmış rəssam-modelyer, dizayner, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət…
Yaponiyanın əfsanəvi futbolçusu Kazuyoshi Miura 59 yaşında meydana çıxaraq ölkə çempionatının tarixində yeni rekorda imza atıb. Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, “King Kazu” ləqəbi ilə tanınan…
İsrail prezidenti İsxak Hersoq Qadi Eyzenkota yeni hökuməti formalaşdırmaq tapşırığı verib. Modern.az xəbərə verir ki, bu barədə "Reuters" məlumat yayıb. İsrail Müdafiə Qüvvələrinin (IDF) keçmiş Baş Qərargah rəisi və…
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan paylaşım edib. Tribuna.az…
Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Tribuna.az xatırladır ki, şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin…
Azərbaycan Vətən müharibəsində Zəfərinin 6 illiyini qeyd edir. Tribuna.az -ın məlumatına görə, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq…
ABŞ prezidenti Donald Tramp rusiyalı döyüşçülər İslam Mahaçev və Həbib Nurməhəmmədovu Ağ Evin mətbuat katibinin köməkçiləri vəzifəsinə təyin etməyi təklif edib
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü və yanmağa başladığını iddia edib. Bu barədə SEPAH-ın yaydığı bəyanatda bildirilib. Qeyd…
Berlin, 8 noyabr, AZƏRTAC Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Səhiyyə Nazirliyi, TƏBİB və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilati dəstəyi, habelə hər iki ölkədə çalışan azərbaycanlı həkimlərin…
Argentinalı futbol ulduzu, "İnter Mayami"nin kapitanı Lionel Messinin çantası sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
В Китае во время подъема уровня воды в озере Поянху затапливает прилегающие дороги. Как передает Day.Az, в результате автомобилисты едут по участкам, которые оказываются полностью покрыты водой, создавая впечатление…
"Real Madrid" klubu İspaniya La Liqasının XII turunda səfərdə "Valensiya"ya böyük hesabla qalib gəlib. "Mestalya" stadionunda keçirilən görüş 3:0 hesabı ilə başa çatıb. "Real"ın yarımmüdafiəçisi Federiko Valverde 28-ci…
Boqota, 8 noyabr, AZƏRTAC Kolumbiyanın paytaxtı Boqotada Azərbaycanın 8 Noyabr – Zəfər Günü silsilə tədbirlərlə qeyd olunur.AZƏRTAC xəbər verir ki, bayram münasibətilə Azərbaycanın dövlət bayrağını və tarixi Zəfərini əks…
İspaniya La Liqasının 12-ci turunda "Real Madrid" səfərdə "Valensiya" ilə qarşılaşıb.
Braziliyalı kardioloq Fabio de Serkeyra Lario sağlamlığı qorumaq üçün insanlara daha çox gülməyi tövsiyə edib. Həkimin sözlərinə görə, gülüş stress zamanı qanda kortizolun səviyyəsini azaldır, əhval-ruhiyyəni…