Təbriz İlyasova yeni vəzifə verildi

“Sea Breeze Construction”da yeni vəzifə təyinatı baş tutub. Yurd.Media-nın əldə etdiyi məlumata görə, Təbriz İlyasov “Sea Breeze Construction” layihəsində Xərclərə Nəzarət üzrə şöbə rəhbəri vəzifəsinə təyin olunub.O, bu vəzifəyə bu ilin noyabr ayında başlayıb. Bundan əvvəl, 2026-cı ilin avqust-noyabr aylarında “Sea Breeze”də aparıcı xərclərə nəzarət mühəndisi kimi çalışıb.T.İlyasov 2026-cı ilin aprel-iyul aylarında “Amal Group” şirkətində xərclərə nəzarət üzrə mühəndis, 2025-ci ilin aprelindən 2026-cı ilin martınadək isə “Sea Breeze”də smeta və xərclərə nəzarət üzrə mühəndis vəzifəsində işləyib.O, 2024-cü ilin martından 2025-ci ilin aprelinədək Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində baş məsləhətçi – ümumi tikinti mühəndisi olub.Təbriz İlyasov, həmçinin 2023-cü ilin iyunundan 2024-cü ilin martınadək “Facility Management Group”da mülki mühəndis, 2021-ci ilin avqustundan 2023-cü ilin aprelinədək “Royal Development, Inc” şirkətində mülki mühəndis, 2020-ci ilin noyabrından 2021-ci ilin iyulunadək “Inmesco GmbH”də, 2019-cu ilin noyabrından 2020-ci ilin aprelinədək isə “AGAH Group LLC”də çalışıb. Sonuncu şirkətdə texniki ofis mühəndisi vəzifəsini tutub.