Bakı, 7 noyabr, AZƏRTACÇinin rəsmi “Sinxua” agentliyi Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyevlə müsahibəni dərc edib. “Dünya Media Sammiti Çinin həqiqi simasını dünyaya nümayiş etdirmək üçün əla fürsətdir” sərlövhəli müsahibədə Vüqar Əliyev Dünya Media Sammitinin beynəlxalq auditoriyanı əsl Çin, onun zəngin tarixi və mədəniyyəti, müasir həyatı və müxtəlif sahələrdəki nailiyyətləri ilə tanış etmək üçün əla fürsət yaratdığını bildirib. O əlavə edib ki, həqiqi və xaricdə təqdim edilən Çin arasında ən nəzərəçarpan fərqlər ölkənin texnoloji inkişafı, iqtisadi transformasiyası və gündəlik həyatı haqqında qavrayışlarla bağlıdır.AZƏRTAC-ın rəhbəri Dünya Media Sammitinin açıq dialoq, peşəkar təcrübə mübadiləsi və müxtəlif ölkələrin media qurumları arasında etimadın möhkəmləndirilməsi üçün mühüm platformaya çevrildiyini vurğulayıb. Qeyd edib ki, əməkdaşlığın ən perspektivli sahələri arasında birgə jurnalist layihələri, kontent mübadiləsi, mediaturların təşkili və redaksiyalar arasında birbaşa əlaqələrin gücləndirilməsi vacibdir. Məhz bu cür əməkdaşlıq stereotipləri aradan qaldırmağa və obyektiv mənzərə yaratmağa kömək edər.Süni intellektin sürətli inkişafı və onun beynəlxalq jurnalistikaya təsiri barədə də danışan Vüqar Əliyev yeni texnologiyaların media üçün geniş imkanlar yaratdığını bildirib. Diqqətə çatdırıb ki, süni intellekt informasiyanın emalını xeyli sürətləndirir, böyük həcmdə məlumatların təhlilini aparır, dil maneələrini aradan qaldırır və yüksəkkeyfiyyətli multimedia məzmunu yaradır. Ona görə də bu imkanlar xüsusilə müxtəlif dillərdə böyük informasiya axını ilə hər gün məşğul olan xəbər agentlikləri üçün vacibdir. O, eyni zamanda, süni intellektin inkişafı ilə bağlı yeni çətinliklərə, o cümlədən yalan məlumatların yayılması, manipulyasiya və yanlış şərh risklərinə diqqət çəkib. Vurğulayıb ki, faktların yoxlanılması, mənbələrin şəffaflığı, redaksiya nəzarəti və müxtəlif ölkələrin media qurumları arasında əməkdaşlıq keyfiyyətli jurnalistikanın əsasını təşkil etməlidir.Çinlə bağlı məlumatların Azərbaycan mediasında işıqlandırılmasına toxunan Vüqar Əliyev AZƏRTAC-ın Çinin texnoloji irəliləyişləri, rəqəmsal iqtisadiyyatın inkişafı, irimiqyaslı infrastruktur layihələri və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə xüsusi maraqlandığını bildirib. Vurğulayıb ki, agentlik müxtəlif jurnalistika formatlarından - təcili xəbərlərdən, müsahibələrdən, analitik materiallardan, videoreportajlardan və multimedia layihələrindən istifadə edərək Çinlə bağlı xəbərləri hərtərəfli işıqlandırmağa çalışır. O, Çinə hər səfərin bu ölkənin inkişafının miqyasını yenidən qiymətləndirmək üçün fürsət yaratdığını da bildirib. “Sinxua” qeyd edib ki, AZƏRTAC-ın rəhbəri çinli həmkarları ilə ünsiyyəti vacib hesab edib, bu görüşlərin milli media mühitinin xüsusiyyətlərini daha yaxşı anlamağa, peşəkar təcrübə mübadiləsinə və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə imkan verdiyini bildirib. Agentliyin gələcək planlarından da danışan Vüqar Əliyev qeyd edib ki, Dünya Media Sammiti başa çatdıqdan sonra AZƏRTAC Azərbaycan-Çin münasibətlərinin inkişafına xüsusi diqqət yetirməyə davam edəcək. Prioritet mövzular arasında nəqliyyat və logistika layihələri, Orta Dəhliz, rəqəmsal texnologiyalar, innovasiya, iqtisadi-ticari və mədəni əməkdaşlıq mühüm yer tutur. Çin şirkətlərinin Azərbaycanda iri enerji layihələri həyata keçirdiklərini vurğulayan Agentliyin rəhbəri AZƏRTAC-ın onların fəaliyyəti ilə bağlı informasiyalar hazırlayıb yaydığını da diqqətə çatdırıb. “Əminəm ki, media qurumlarımız arasında birbaşa əlaqələrin gücləndirilməsi Azərbaycan və Çin xalqları arasında daha yaxşı qarşılıqlı anlaşmaya töhfə verəcək", - deyə AZƏRTAC-ın rəhbəri fikirlərini yekunlaşdırıb.
Bu gün
1352 xəbər bu gün
Məşhur müğənni Emrah Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib.
Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) Azərbaycanı 8 Noyabr Zəfər Günü münasibəti ilə təbrik edib. Bu barədə MHP-nin sosial şəbəkə hesablarında paylaşım edilib."8 noyabr 2020-ci il Qarabağ Zəfəri mübarək olsun…
Bakı, 8 noyabr, AZƏRTAC Şuşanın azadlığı Vətən müharibəsinin taleyini həll edən və bizi Zəfərə aparan ən mühüm hadisə oldu. 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu şəhəri işğaldan azad etdi. Bu gün Şuşada quruculuq…
Bakı, 8 noyabr, AZƏRTAC Zəfər Gününün əhəmiyyətini bir neçə baxımdan xüsusi vurğulamaq istərdim. Bu, Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və sərkərdəliyi ilə əldə etdiyi möhtəşəm Qələbə idi…
Xankəndi, 8 noyabr, AZƏRTAC Bu gün tarixi Zəfərimizin altıncı ildönümünü böyük iftixar hissi ilə qeyd edirik. 8 Noyabr – Zəfər Günü milli qürurumuzun, dövlətçilik iradəmizin və sarsılmaz birliyimizin təntənəsidir…
Bakı, 8 noyabr, AZƏRTAC Deyirlər ki, bəşər tarixi müharibələr tarixidir. Amma ən böyük şəxsiyyət, əlbəttə ki, müharibələrə son qoymağı bacaran, onların davam etməsinə imkan verməyən insandır. Bu mənada böyük şairimiz…
Bakı, 8 noyabr, AZƏRTAC Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə 8 Noyabr – Zəfər Günü münasibətilə təbrikinə görə təşəkkür edib.AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan…
Bakı, 8 noyabr, AZƏRTAC 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycanın müasir tarixində yeni mərhələnin əsasını qoydu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa hər müraciəti cəbhədən gələn böyük…
''Qalatasaray'' Türkiyə çempionatının 11-ci turunda ''Amed SF''ni 4:3 məğlub edərək liderliyini davam etdirdi. İstanbul nəhəngində Rafael Leao, Aleksey Batrakov və Barış Alpər Yılmaz fərqləndisə, daha bir top qonaqların…
Türkiyənin Milli Müdafiə Nazirliyi Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.
Hər xalqın tarixində elə günlər olur ki, təqvimdəki sadə rəqəm bir millətin yaddaşına, taleyinə və gələcəyinə çevrilir. 8 Noyabr Azərbaycan üçün məhz belə bir gündür. Bu, sadəcə Şuşanın qayıtdığı tarix deyil, otuz ilə…
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Mürsəl İbrahimov və Xidmətin şəxsi heyəti 8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda yerləşən Zəfər Tağı abidəsini ziyarət ediblər. Ziyarət…
Noyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli…
Общий объем помощи Украине со стороны Евросоюза может превысить €200 млрд, если Брюссель согласится взять на себя новые долговые обязательства, сообщает Die Welt am Sonntag....
При поддержке Фонда молодежи Азербайджана и при партнерстве Министерства молодежи и спорта Союз волонтерских организаций Азербайджана (AKTI) провел флешмоб, посвященный Дню Победы. Участники акции изобразили своими…
44 günlük Vətən müharibəsində döyüş meydanında düşmənlə üz-üzə gələn hərbçilərimizin həyatını xilas etmək üçün arxa cəbhədə də gərgin mübarizə aparılırdı. Cəbhə bölgəsinə yaxın xəstəxanalarda gecə-gündüz çalışan həkimlər…
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifə təşəkkür edib. Trend-ə istinadən, bu barədə dövlət başçısının sosial şəbəkə hesabında yayımlanan paylaşımda bildirilib.
Завтра в Азербайджане ожидается дождливая и ветреная погода. Со ссылкой на Национальную службу гидрометеорологии, в Баку и на Абшеронском полуострове временами ожидаются дожди. В отдельных местах они будут носить…
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən Zəfər Gününə həsr olunmuş fləş-mob keçirilib. Fləş-mobda…
Zəfər Günü
Elman Nəsirov
Prezident
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyev ilə də bir araya gələcək
Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə 8 Noyabr - Zəfər Günü münasibətilə təbrikinə görə təşəkkür edib. Bu barədə Azərbaycan Prezidentinin sosial media hesablarında…
Ukraynanın Bakıdakı səfiri Yuri Qusev Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.
Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə 8 Noyabr - Zəfər Günü münasibətilə təbrikinə görə təşəkkür edib. Bu barədə Azərbaycan Prezidentinin sosial media hesablarında…
Noyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı…
Bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib. O qeyd edib ki, zəfərə gedən yolda Aprel və…
Müdafiə naziri general-polkovnik Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Azərbaycanda yağıntılı və küləkli hava şəraiti davam edir, bəzi dağlıq ərazilərə qar yağıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin noyabrın 8-i saat 11:00-a olan məlumatında bildirilib. Qeyd olunub ki, Daşkəsən…
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə onun Zəfər Günü ilə bağlı təbrikinə görə təşəkkür edib. Bu barədə Prezidentin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Əziz qardaşım Məhəmməd…
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifə Zəfər Günü münasibətilə ünvanladığı təbrikə görə təşəkkür edib. Bu barədə Prezident İlham Əliyevin sosial...
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrik ünvanlayıb. Təbrikdə...
Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə 8 Noyabr – Zəfər Günü münasibətilə təbrikinə görə təşəkkür edib. Bu barədə Prezident İlham…
Bakı. Trend: 44 günlük Vətən müharibəsində döyüş meydanında düşmənlə üz-üzə gələn hərbçilərimizin həyatını xilas etmək üçün arxa cəbhədə də gərgin mübarizə aparılırdı. Cəbhə bölgəsinə yaxın…
Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) Azərbaycanı 8 Noyabr Zəfər Günü münasibəti ilə təbrik edib. Bu barədə MHP-nin sosial şəbəkə hesablarında paylaşım edilib. "8 noyabr 2020-ci…
8 Noyabr – Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş “Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb.…