Meloni çox narahatdır

İtaliyanın Baş naziri Giorgia Meloni bildirib ki, son zamanlar Avropada qida soyuducu sistemlərinə və mülki uçuşlara qarşı bomba təhdidlərinə yönəlmiş kiberhücumların artması narahatlıq doğurur. Veronada keçirilən ticarət sərgisində iştirak edən Meloni jurnalistlərə cari məsələlərlə bağlı şərhlər verib. "Avropada baş verən yeni kiberhücumlar açıq şəkildə narahatlıq doğurur. Bunlar araşdırılır",-deyə Meloni bildirib.Meloni bildirib ki, bu gün Fransadakı plazma zavoduna hücumun, təyyarələrə qarşı yalançı bomba təhdidlərinin və qida məhsullarına hücumların əlaqəli olub-olmadığını deyə bilməzlər."Lakin, hamısı bizə mütləq eyni şeyi göstərir. Bu gün hücuma məruz qalan yerlər mülki infrastrukturlardır",-deyə xanım Meloni qeyd edib.Nigar