İcbari tibbi sığortanın tətbiqinə başlanarkən Xidmətlər Zərfinə 1829 tibbi xidmət daxil idisə, hazırda bu göstərici 3318-ə çatıb Bakı, 6 noyabr, AZƏRTAC Vətən müharibəsinin 6-cı ildönümü münasibətilə şəhid ailələrinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığının artırılması məqsədilə keçirilən “Zəfər əmanətlərinə qayğı ilə” sağlamlıq həftəsi layihəsi yekunlaşıb. AZƏRTAC xəbər verir ki, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşəbbüsü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və YAŞAT Fondunun dəstəyi ilə Yeni Klinikada təşkil olunan layihə çərçivəsində 100-dən çox şəhid ailəsi üzvü tibbi müayinələrə cəlb edilib. Layihənin əsas məqsədi şəhid ailələrinin sağlamlığının qorunmasına dəstək göstərmək, onların ixtisaslı tibbi xidmətlərə əlçatanlığını artırmaq olub.Layihənin yekun tədbirində çıxış edən agentliyin İdarə Heyəti sədrinin müavini Rəşad Məhərrəmov şəhid ailələrinin sağlamlığının qorunmasının dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. O, icbari tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsi istiqamətində görülən işləri qeyd edib. Bildirib ki, icbari tibbi sığortanın tətbiqinə başlanarkən Xidmətlər Zərfinə 1829 tibbi xidmət daxil idisə, hazırda bu göstərici 3318-ə çatıb.Koxlear implantasiya əməliyyatı keçirmiş şəxslər üçün nitq prosessorunun yenilənməsi, əvəzlənməsi və tənzimlənməsi üzrə üç yeni tibbi xidmət Xidmətlər Zərfinə daxil edilib. Həmin implantasiya və oynaqdaxili endoprotezləşdirmə əməliyyatları üzrə illik sığorta limitləri ləğv olunub, sümük iliyi transplantasiyası üzrə illik limit isə 2,5 dəfə artırılaraq 20-dən 50-yə çatdırılıb.Agentlik əhalinin tibbi xidmətlərə artan tələbatını nəzərə alaraq Xidmətlər Zərfinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini vurğulayıb. Arterial hipertenziyanın müalicəsində istifadə olunan dərman vasitələrinin 2027-ci ildə resept əsasında icbari tibbi sığorta təminatına daxil edilməsinin planlaşdırıldığı qeyd edilib. TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva və Yeni Klinikanın direktoru Zəhra Vəzirova da çıxışlarında layihənin əhəmiyyətini, profilaktik müayinələrin və tibbi xidmətlərin əlçatanlığının vacibliyini vurğulayıblar.Tədbirdə müharibə iştirakçılarına və şəhid ailələrinin üzvlərinə xidmət göstərmək məqsədilə TƏBİB-in tabeliyindəki 71 tibb müəssisəsində 159 koordinatorun fəaliyyət göstərdiyi deyilib. Həmçinin hesabat dövründə icbari tibbi sığorta hesabına TƏBİB tabeli tibb müəssisələrinə Vətən müharibəsi iştirakçılarına ümumi 439 min 953 müraciət əsasında 879 min 232 ambulator və 284 min 298 stasionar tibbi xidmət, şəhid ailəsi üzvlərinə isə 221 min 348 müraciət əsasında 601 min 632 ambulator və 108 min 575 stasionar tibbi xidmət, habelə 55 min 180 və 1619 psixoloji xidmət göstərilməsi barədə vurğulanıb.Qeyd edək ki, aksiya çərçivəsində iştirakçılar terapevt, oftalmoloq, ginekoloq və kardioloq müayinələrindən keçib, tibbi göstərişlərə uyğun laborator və instrumental-diaqnostik müayinələrdən yararlanıblar.
Bu gün
83 xəbər bu gün
Azərbaycanda qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə qanunla qadağa qoyulub.Nazirlər Kabinetinin 522 nömrəli qərarı ilə təsdiqlənmiş qaydalara əsasən, qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə yol…
Türkiyədə ağır yol qəzasında ölənlərin sayı artıb. "Haber Globala" xəbər verir ki, Van-Özalp avtomobil yolunda yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində 9 nəfər ölüb, 5 nəfər yaralanıb. Faktla bağlı araşdırma…
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın quru sərhədləri və Xəzər dənizi üzərindən silah daşınmasının qarşısını almaq vəzifəsi daşınan xüsusi tapşırıq qrupunun yaradıldığını elan edib. Bu barədə ABŞ Silahlı Qüvvələrinin…
ABŞ Demokratlar Partiyasının nümayəndələri Ukraynaya təxminən 15 milyard dollar məbləğində yeni hərbi yardım paketinin ayrılması, eləcə də Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi imkanlarını müzakirə edirlər…
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbəkə hesabında yazıb. Onun…
ABŞ prezidenti Donald Tramp UFC-nin prezidenti Dana Uayta Ağ Evin mətbuat katibi vəzifəsini təklif etdiyini açıqlayıb. Bu barədə öz “Truth” hesabında məlumat verib. “Böyük döyüşçü və mübariz insan olan Dana Uayta ABŞ…
Помощник президента Азербайджана Хикмет Гаджиев заявил, что испытывает особую гордость, находясь в Шуше накануне Дня Победы. «Шесть лет назад под решительным, мудрым руководством победоносного Верховного...
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan paylaşım edib. O, bu barədə “X” hesabında yazıb. “Zəfər Günü…
Misir 2014-cü ildən bağlı olan səfirliyini Liviyanın paytaxtı Tripolidə yenidən açıb.Bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfirliyin yenidən açılması Qahirə ilə Əbdülhəmid Dbeibənin…
"Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır". Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial…
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər G...
İsrail Prezidenti İsxak Hersoq "Yaşar" partiyasının sədri Qadi Ayzenkota hökuməti formalaşdırmağı tapşıracağını açıqlayıb. Bu barədə prezident administrasiyasına istinadən "Ynet" məlumat yayıb. Bildirilib ki, müxalifət…
Bu gün bizim Zəfər bayramımızdır! Xalqımızın, Ordumuzun və Ali Baş Komandanımızın təkcə Azərbaycan tarixinə deyil, bütövlükdə dünya və Türk tarixinə bəxş etdiyi böyük Zəfərin ildönümüdür! Biz dünyanın hərb tarixinə…
“Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə Bakı şəhərində keçirilən yanğınsöndürmə və xilasetmə idmanı üzrə…
Azərbaycan Vətən müharibəsində Zəfərini qeyd edir
ABŞ prezidenti Donald Tramp UFC-nin prezidenti Dana Uayta Ağ Evin mətbuat katibi vəzifəsini təklif etdiyini açıqlayıb
Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Yenicag.az xatırladır ki, şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında…
ABŞ Demokratlar Partiyasının nümayəndələri Ukraynaya təxminən 15 milyard dollar məbləğində yeni hərbi yardım paketinin ayrılması, eləcə də Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi imkanlarını müzakirə edirlər.
Paytaxtımızda keçirilən yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının proqramına uyğun olaraq, noyabrın 7-də son mərhələ olan döyüş açılışı növü üzrə yarışlar…
"Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır".
Президент Израиля Ицхак Герцог объявил, что поручит лидеру партии "Яшар!" Гади Айзенкоту сформировать правительство. Как передает Day.Az со ссылкой на израильские СМИ, церемония передачи мандата состоится 8 ноября в…
İshaq Herzoq
Hikmət Hacıyev
FHN
Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü – Zəfər Günü qeyd edilir. Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il…
Azərbaycan Zəfər Gününü qeyd edir. Altı il əvvəl, 2020-ci il noyabrın 8-də Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın azad edildiyini elan etdi. Bu gün artıq aydındır…
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə Bakı şəhərində keçirilən yanğın…
ABŞ prezidenti Donald Tramp, onun administrasiyası, tərəfdaşları və respublikaçı donorları ilə bağlı Konqres araşdırmaları aparmaq planlarını açıqladıqdan sonra Ədliyyə Nazirliyinə Demokrat Partiyasının üzvlərini…
Ermənistan İrana və digər qonşu ölkələrinə qarşı yönəlmiş heç bir prosesdə iştirak etməyəcək. "Arminfo" xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan İkinci Ümumerməni Sammiti çərçivəsində…
Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətində Rusiya ordusunun iki “İskəndər” operativ-taktiki raket kompleksinin buraxılış qurğusunu, həmçinin “Pantsir-S1” zenit-raket və artilleriya kompleksini vurub. Bu barədə Ukrayna…
Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Modern.az xatırladır ki, şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında…
“Qolden Steyt”in ulduz basketbolçusu Stefen Karri mövsümün ilk dörd oyununda səhvsiz yerinə yetirilən cərimə atışlarının sayına görə yeni rekord müəyyənləşdirib. "Football-plus.az" xəbər verir ki, 38 yaşlı basketbolçu…
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin test imtahanında müvəffəqiyyət qazanmış namizədlər üçün yazılı imtahan mərhələsinin tarixi məlum olub.Bu barədə Oxu24.com-a Baş Prokurorluqdan məlumat…
Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Sfera.az xatırladır ki, şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında…
8 Noyabr xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan şanlı gündür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi ilə 30 illik işğala 44 gündə son qoyuldu, ərazi bütövlüyümüz bərpa…
Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət…