Bakı, 6 noyabr, AZƏRTAC Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində Azərbaycan tarixinə qızıl hərflərlə yazılan və ölkəmizin parlaq Qələbəsi ilə nəticələnən Vətən müharibəsinin 6-cı ildönümü ilə əlaqədar yığıncaq keçirilib.AZƏRTAC xəbər verir ki, tədbirdə müəssisənin rəhbərliyi ilə yanaşı, bu Qələbədə birbaşa pay sahibi olan, həmin çətin anlarda vətəndaşlıq borclarını şərəflə yerinə yetirmək üçün ordu sıralarına yollanan əməkdaşlar, həmçinin Birinci Qarabağ müharibəsində döyüşmüş işçilər də iştirak ediblər.Tədbir Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Birliyin direktor müavini Bağban Nəbiyev çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun sona qədər qəhrəmancasına mübarizə apararaq torpaqlarımızı erməni işğalından azad etməsini böyük tarixi hadisə adlandırıb.“Bu gün biz Zəfərimizin 6 illiyini böyük fəxrlə və sevinclə qeyd edirik. Nəhayət ki, 30 il sonra dövlətimizin başçısının apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını azad etdi. Burada oturan hər kəs göz qırpmadan, çəkinmədən Vətənin müdafiəsi və torpaqların yadellilərdən təmizlənməsi üçün Ali Baş Komandanın savaş çağırışına qoşuldu. Bəziləri səngərlərdə, bəziləri isə burada - arxa cəbhədə qələbəmizin qazanılması üçün gecə-gündüz var gücü ilə çalışdı. Zavodumuzun kollektivi müharibə başlanan gündən şəhərimizin Ermənistan tərəfindən bombalanmasına və atəşə tutulmasına baxmayaraq, üç növbədə fəaliyyətini davam etdirdi, orduya əlimizdən gələn köməyi göstərdi. Bununla qürur duyuruq”, – deyə B.Nəbiyev əlavə edib.Tədbirdə 44 günlük müharibənin xronikasına həsr olunan “Zəfərə aparan yol” adlı sənədli film nümayiş etdirilib.Sonra çıxış edən Birliyin mətbuat katibi Məqsəd Rəhimov 44 günlük Vətən müharibəsinin hər bir azərbaycanlı üçün qürur nümunəsi olduğunu bildirib. Qeyd olunub ki, həmin günlərdə Gəncənin, digər şəhər və rayonlarımızın, dinc əhalinin Ermənistan tərəfindən dəfələrlə bombalanmasına və raket zərbələrinə məruz qalmasına baxmayaraq, heç kimin əzmi qırılmayıb, hər kəs cəbhəyə, müharibəyə dəstək göstərib. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində rəhbərlik başda olmaqla, bütün kollektiv əl-ələ verərək öz vəzifə borcunu yerinə yetirib. Məqsəd Rəhimov, həmçinin vurğulayıb ki, minlərlə şəhid və qazinin qanı bahasına əldə olunan Zəfər Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılıb və bu gün biz onlara minnətdarıq.Tədbirdə çıxış edən Birliyin direktor müavini, Birinci Qarabağ müharibəsinin iştirakçısı Qafur Əhədli və zavodda texnoloq-paylayıcı vəzifəsində çalışan, 44 günlük Vətən müharibəsinin qazisi, ehtiyatda olan zabit Xəyal Qurbanov bütün qazilər, veteranlar və müharibə iştirakçıları adından müəssisə rəhbərliyinə diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib. Qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz gündən-günə inkişaf edib, yerli hərbi mütəxəssislər yetişdirilib. Müasir müharibə metodlarını mənimsəyən hərbçilərimizin bilik və bacarıqları, əsgər və zabitlərimizin mərdliyi, torpaqlarımızı azad etmək istəyi nəticəsində bütün xalqımız “Dəmir yumruq” ətrafında birləşərək düşmənin başını əzib.Sonda Birliyin direktor müavini Bağban Nəbiyev bir daha Zəfər Günü münasibətilə veteranları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O vurğulayıb ki, istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsi veteranları, qazilər və şəhid ailələri daim dövlətimizin, Prezidentimizin diqqət və qayğısı ilə əhatə olunublar. Müəssisənin veteranları və qaziləri də daim rəhbərliyin diqqətindədir. Bu böyük sevinci və qüruru xalqımıza bəxş edən insanlar tarixin yaddaşında daim hörmətlə anılacaqlar.Zəfər Günü münasibətilə müəssisənin bütün qaziləri, veteranları və müharibə iştirakçıları mükafatlandırılıblar.Sonda veteranlarla və qazilərlə xatirə şəkli çəkdirilib.
Bu gün
137 xəbər bu gün
Konqo Demokratik Respublikasının şərqində silahlı hücum zamanı Ebola virusuna yoluxmuş xəstələr xəstəxanadan qaçmağa məcbur olublar. Bu barədə “Reuters” məlumat yayıb. Məlumata görə, silahlı qruplaşmanın Şimali Kivu…
Bakı, 8 noyabr, AZƏRTACPolşanın Baş naziri Donald Tusk Krakovda insanlara atəş açan şəxsin evində üç nəfərin cəsədinin tapıldığını açıqlayıb.AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Baş nazirin sözlərinə görə…
İngiltərənin “Mançester Yunayted” klubu Premyer Liqanın turnir cədvəlində aşağı liqaya düşmə zonasına yuvarlanıb. Buna çempionatın 10-cu turunda “Nottingem Forest”in doğma meydanda…
İsrail prezidenti İsxak Hersoq yeni hökumətin formalaşdırılmasını müxalifətdəki “Yaşar” partiyasının lideri Qadi Ayzenkota həvalə etmək niyyətindədir. Bu barədə prezidentin administrasiyası məlumat yayıb. Bildirilib ki…
ABŞ ordusu noyabrın 7-də Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb
İsrail prezidenti İsxak Hersoq yeni hökumətin formalaşdırılmasını müxalifətdəki “Yaşar” partiyasının lideri Qadi Ayzenkota həvalə etmək niyyətindədir
İranın Qəşm adası və Cask şəhərində bir neçə partlayış səsi eşidilib
Aktyor Şəhriyar Əbilov Hollivuda dəvət alan ilk azərbaycanlı aktyor olduğunu bildirib. O, bu barədə “Kəşfət” proqramında danışıb. Aktyor Yaponiyada yayımlanan və yüksək reytinqlər qazanan serialın Azərbaycanda da böyük…
Krakov şəhərinin mərkəzində atışma törədən şəxsin evində üç nəfərin meyiti aşkarlanıb. Bu barədə "Polsat News" polisə istinadən məlumat yayıb. Polşanın Baş naziri Donald Tusk daha əvvəl Krakovda hüquq-mühafizə…
Сегодня звезды гороскопа обещают особенно эмоциональный и полный общения день. Приготовьтесь к тому, что ваши планы могут быть в любой момент нарушены вами же самими. День не склоняет к организованности и рутинным делам…
Polşa
Möhsün Rzayi
Qanunvericilikdə nəzərdə tutulan sosial təminatların həyata keçirilməsi zamanı bəzi hallarda problemlər yaranır. Valideyn himayəsindən məhrum olmuş, ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil…
Türkiyə Superliqasının 11-ci turu çərçivəsində "Qalatasaray" öz meydanında "Amedspor"u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 4-3 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra xallarının sayını 28-ə çatdıran…
Bakı, 7 noyabr, AZƏRTAC Azərbaycanın Livandakı səfirliyi tərəfindən 8 Noyabr Zəfər gününün 6 illiyinə həsr olunmuş tədbir keçirilib. Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib.Bildirilib ki, səfirliyin əməkdaşları…
İranın cənubundakı Sirik, Cask və Bəndər-Abbas şəhərlərində, eləcə də Keşm adasında partlayışlar baş verib.
Türkiyənin cənub-şərqində yerləşən Van vilayətində baş verən yol qəzasında azı 9 nəfər ölüb, 5 nəfər yaralanıb. Bu barədə vilayətin valisi Ozan Balcı məlumat verib. Onun sözlərinə görə…
İranın cənubunda partlayış səsləri eşidilib. Bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, ölkənin cənubunda bir neçə yaşayış məntəqəsində partlayış səsləri qeydə alınıb. Partlayış səslərinin eşidildiyi ərazilər…
Polşada Krakov şəhərinin mərkəzi meydanında baş verən atışma ilə əlaqədar noyabrın 8-i və 9-u ümummilli matəm günləri elan edilib. Bu barədə Polşa Prezidentinin Administrasiyası "X" sosial şəbəkəsində məlumat yayıb…
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa ölkələrinin Ukraynaya xarici hərbi qüvvələrin yerləşdirilməsi ilə bağlı təlimlərə başlamasının Avropanın sülh danışıqlarında iştirak etməməli olduğunu bir…
Noyabrın 8-də astroloji baxımdan diqqətçəkən dövr başlayır. Əqrəb bürcündə Yeni Ayın yaxınlaşması emosional yenilənmə, münasibətlərdə dəyişiklik və yeni qərarlarla əlaqələndirilir. Astroloji təqvimə görə, Yeni Ay…
Bakı, 8 noyabr, AZƏRTAC Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri regionda yeni geosiyasi reallıqların formalaşmasına zəmin…
Krakov faciəsi
Mustafa Ceceli
Президент США Дональд Трамп поручил Министерству юстиции расследовать действия демократов, обвинив их в политическом преследовании республиканцев и использовании государственных институтов для сведения счетов с…
ABŞ Prezidenti Donald Tramp UFC-nin Prezidenti Dana Uayta Ağ Evin mətbuat katibi vəzifəsini təklif etdiyini açıqlayıb. Bu barədə Donald Tramp “Truth Social” hesabında paylaşım edib…
Almaniya öz müdafiəsində kritik boşluqların yaranması riski səbəbindən artıq Ukraynaya "Patriot" zenit-raket kompleksləri tədarük etmək imkanına malik deyil. Bu barədə ölkənin müdafiə naziri Boris Pistorius "Funke" media…
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan 2020-ci ildəki müharibə zamanı Rusiyaya gedərək müharibənin dayandırılmasını xahiş etdiyinə görə təəssüfləndiyini bildirib. Simonyan bu barədə danışarkən həmin vaxt…
İsrail Prezidenti İsxak Hersoq “Yaşar” partiyasının sədri Qadi Ayzenkota yeni hökuməti formalaşdırmağı həvalə edəcəyini açıqlayıb.Metbuat.az xəbər verir ki, “Ynet” bu barədə prezident administrasiyasına istinadən məlumat…
Bu gün Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbədən altı il ötür. Ölkəmizdə 8 Noyabr - Zəfər Günü qeyd olunur. Zəfər Günü Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis…
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun yüksək dağlıq ərazilərində qar yağışı müşahidə olunub. Rayonun Batabat yaylağı, dağ kəndləri və Biçənək ərazisi qar örtüyünə bürünüb. Yağan qar bölgədə füsunkar qış…
ABŞ-nin dövlət katibi Marko Rubio Dövlət Departamentinin yüksəkvəzifəli əməkdaşlarından öz səlahiyyətləri çərçivəsində hərəkət etməyi tələb edib və hökumətdəki əlaqələrindən asılı olmayaraq qeyri-etik davranışa görə…
İsrailin müxalifətdəki “Yaşar” partiyasının lideri Qadi Ayzenkot bildirib ki, Likud və onun müttəfiqləri birlik hökuməti qurmaq istəyirlərsə, ekstremistlərlə ittifaqı dayandırmalı və onun rəhbərlik edəcəyi hökumətə…
ABŞ-lı məşhur reper Macklemore Fələstinə dəstək məqsədilə təşkil etməyi planlaşdırdığı xeyriyyə konsertləri üçün ölkənin 9 böyük arenasından imtina cavabı aldığını açıqlayıb. Reper bu barədə sosial şəbəkə hesabında…
İstanbul, 8 noyabr, AZƏRTAC İstanbulda keçirilən 6-cı “Korkut Ata” Türk Dünyası Film Festivalının bağlanış mərasimi keçirilib. Tədbirdə festivalın qaliblərinə mükafatlar təqdim olunub.AZƏRTAC xəbər verir ki, Azərbaycanın…