Möhtərəm cənab Prezident,
8 Noyabr- Zəfər Günü münasibətilə Göyçay rayonu Ulaşlı-Şıxlı kənd məscidinin dindarları adından Zat-alinizə ən səmimi təbriklərimizi çatdırıram.
Sizin uzaqgörən siyasətiniz və rəşadətli ordumuzun şücaəti sayəsində torpaqlarımız işğaldan azad olunmuş, tarixi ədalət bərpa edilmişdir.
Bu əlamətdar gündə şəhidlərimizin xatirəsini ehtiramla yad edir, Sizə uzun ömür, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Məhəmməd Qəhrəmanov
Azərbaycan Respublikası, Göyçay şəhəri.