Azərbaycanda qarajların həm satış, həm də icarə bazarında qiymətlər digər daşınmaz əmlak seqmentləri ilə müqayisədə daha yüksək aylıq artım nümayiş etdirib.
Qarajların satışında median qiymət 1 kvadratmetr üçün 1 400 manat, qiymət indeksi isə 109,5 təşkil edib.
Sentyabr ayı ilə müqayisədə satış qiymətləri 16,7 % artıb. Bu seqmentdə median satış qiyməti 33 min manat, median sahə isə 21,3 kvadratmetr olub.
Qarajların icarə bazarında da bahalaşma daha yüksək templə davam edib. Belə ki, median icarə qiyməti 1 kvadratmetr üçün 10 manat, qiymət indeksi isə 149,9 səviyyəsində qərarlaşıb. Aylıq artım 20 %, 2026-cı ilin iyul ayı baza dövrü ilə müqayisədə isə 49,9 % təşkil edib.
Bu seqmentdə median aylıq icarə haqqı 200 manat olub.
Bununla belə, qarajların icarə bazarı üzrə göstəricilərin qiymətləndirilməsində, müşahidə bazasının məhdudluğu sənəbindən, ehtiyatlı yanaşma tövsiyə olunur. Belə ki, indeks cəmi 43 elan əsasında hesablanıb. Məhdud müşahidə bazası nəticələrin qarajların yerləşdiyi ərazi, sahə və parkinq xüsusiyyətlərindəki dəyişikliklərdən daha çox təsirlənməsinə səbəb ola bilər.