Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,
Sizi Azərbaycan xalqının şanlı tarixi, milli qüruru və həmrəyliyinin təcəssümü olan 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Sizin müdrik rəhbərliyiniz, sarsılmaz iradəniz və uzaqgörən siyasətiniz sayəsində rəşadətli Azərbaycan Ordusu 30 illik torpaq həsrətinə son qoyaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.
Qazandığımız bu möhtəşəm Qələbə xalqımızın gücünü, birliyini və yenilməzliyini bütün dünyaya sübut etdi.
Ulu Tanrı Sizi qorusun!
Hörmətlə,
Elmar Rzayev
Azərbaycan Respublikası, Şəmkir rayonu