Hörmətli cənab Prezident,
Sizi 8 Noyabr-Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm.
Mən qardaşım Muradla birlikdə Tbilisi Dövlət Tibb Universitetində təhsil alıram. Biz azərbaycanlı tələbələr kimi bu tarixi Qələbə ilə böyük qürur duyuruq.
Bu gün xaricdə yaşayan və təhsil alan biz gənclərin başı ucadır. Çünki biz qalib xalqın övladlarıyıq. Harada olmağımızdan asılı olmayaraq, Azərbaycan və azərbaycanlı adını qürurla təmsil edirik.
Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.
Sizə möhkəm cansağlığı və yeni uğurlar arzulayıram.