Hörmətli cənab Prezident!
8 Noyabr - Zəfər Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Sizin qətiyyətli siyasi iradəniz, uzaqgörən rəhbərliyiniz və Ali Baş Komandan kimi müdrik idarəçiliyiniz Azərbaycanın tarixi Zəfərinin qazanılmasında mühüm rol oynadı.
Siz xalqımızın illərlə qəlbində yaşatdığı Qarabağ həsrətini sona çatdıraraq tarixə adınızı qızıl hərflərlə yazdınız. Şəhidlərimizin qanı, ordumuzun qəhrəmanlığı və xalq-iqtidar birliyi ilə qazanılan bu Qələbə heç zaman unudulmayacaq.
Allah dövlətimizi və Vətənimizi qorusun!
Hörmətlə,
Aydın Məmmədli
Azərbaycan Respublikası, Ağdaş şəhəri.