ABŞ-da keçirilən aralıq seçkilərdə respublikaçıların məğlubiyyətindən sonra Donald Trampın Ukraynaya təzyiqi artıra biləcəyi bildirilib.
Bu barədə Britaniyanın “The Telegraph” nəşri yazıb.
Qeyd olunub ki, Ağ Ev rəhbəri bəzən Avropanın mövqeyini nəzərə alsa da, Ukraynanın kapitulyasiyasını və Moskva ilə münasibətlərin normallaşdırılmasını sülhə aparan ən qısa yol hesab edir.
Bundan əlavə, Avropa Kiyevə maliyyə və silah yardımı göstərməklə Ukrayna prezidenti Vladimir Zelenskini ABŞ-ın təzyiqlərindən qoruyur.
Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirmişdi ki, seçkilərdə məğlubiyyətindən sonra Zelenski ABŞ prezidentinə qarşı çıxış edəcək.
Rusiya Dövlət Dumasının deputatı Vyaçeslav Nikonov isə hesab edir ki, bundan sonra Zelenskinin Trampdan gözləyəcəyi heç nə qalmayıb.