Türkiyədən Azərbaycana qanunsuz tibbi malların gətirilməsinin qarşısı alındı

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən tibb sahəsində istifadə olunan mallar aşkar edilib.

Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bildirilib ki, idarənin “Qırmızı Körpü” gömrük postunda TürkiyədənAzərbaycana gələn nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin qoşqusunda mal müşayiət sənədlərində qeyd olunmayan ümumilikdə 10 adda 480 ədəd tibb sahəsində istifadə olunan mallar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.