Turşulardan mürəbbələrə: TikTok-da qış tədarükümövsümü

Qış mövsümünün yaxınlaşması ilə mətbəxlərdəənənəvi hazırlıqlar başlayır. Turşular, mürəbbələr, müxtəlif tərəvəz konservləri və nəsildən-nəsləötürülən reseptlər bu dəfə TikTok yaradıcılarınınmaraqlı videolarında öz əksini tapır. Kulinariyaməzmunu hazırlayan yaradıcılar qış tədarükününincəliklərini izləyiciləri ilə bölüşərək həm milli mətbəx ənənələrini yaşadır, həm də yeni reseptlərkəşf etmək üçün ilham verirlər. Gəlin TikTok-da qıştədarükünü maraqlı məzmuna çevirən yaradıcılardanbəziləri ilə tanış olaq.

Kənd həyatından qış süfrələrinə – @ ucqarbirkənd

TikTok-da kənd həyatının təbii ab-havasını əksetdirən @ ucqarbirkənd, mövsümi hazırlıqlar vəənənəvi məişət vərdişlərini nümayiş etdirən videolarıilə diqqət çəkir. Yaradıcının qış tədarükünə həsretdiyi paylaşımlardan birində kələm şorabasınınhazırlanması təqdim olunur. Videoda yaradıcıözünəməxsus üsulunu izləyiciləri ilə bölüşür, istifadəçilər isə şərhlər vasitəsilə suallarınıünvanlayaraq fərqli hazırlanma üsulları haqqındaməlumat əldə edirlər. Beləliklə, TikTok kəndmətbəxinin ənənəvi reseptlərinin daha genişauditoriyaya çatdırılmasına imkan yaradır.

3 milyondan çox baxış toplayan acika resepti – @aygunskitchennest

Müxtəlif kulinariya reseptlərini paylaşan@aygunskitchennest adlı yaradıcı qış tədarükünəxüsusi yer verib. Turşular, mürəbbələr, tərəvəzkonservləri və ev üsulu sousların hazırlanmasınınümayiş etdirən yaradıcı izləyicilərinə praktikməsləhətlər təqdim edir. Onun acikanınhazırlanmasına həsr etdiyi video isə 3 milyondan çoxbaxış toplayıb. Tərəvəzlərin doğranmasından hazırməhsulun bankalara yerləşdirilməsinə qədər bütünprosesin nümayiş olunduğu paylaşım ənənəvireseptlərə TikTok istifadəçilərinin marağını göstərənnümunələrdən biridir.

Ənənəvi reseptlərə fərqli yanaşma – @xanimmetbexde

TikTok-da mətbəx sirlərini izləyiciləri ilə bölüşən@xanimmetbexde mövsümi reseptləri və praktikhazırlanma üsulları ilə seçilir. Yaradıcının maraqlıpaylaşımlarından birində badımcan, bibər, pomidor, soğan və sarımsaqdan istifadə etməklə bankalarıqaynatmadan hazırladığı qış tədarükü resepti təqdimolunur. Videoda ərzaqların miqdarı və hazırlanmamərhələləri ətraflı göstərilir. Bu cür paylaşımlarizləyicilərin fərqli kulinariya üsulları ilə tanışolmasına və öz təcrübələrini şərhlərdə bölüşməsinəşərait yaradır.

Rəngarəng kələm şorabasının hazırlanması – @easyandtasty.ph

Müxtəlif yemək reseptlərini izləyicilərinə təqdimedən @easyandtasty.ph hesabı mövsümi təamlara da xüsusi yer ayırır. Yaradıcının qış tədarükünə həsretdiyi videolardan birində kələm, göy pomidor, bibər, kök, çuğundur və digər tərəvəzlərdən hazırlananşorabanın resepti paylaşılır. Tərəvəzlərindoğranmasından şoraba suyunun hazırlanmasınaqədər bütün mərhələlər ardıcıllıqla nümayiş etdirilir. Yaradıcı istifadə etdiyi ərzaqların nisbətlərini dətəqdim edərək izləyicilərinə resepti öyrənmək üçünfaydalı məlumatlar verir.

Qışın sevilən dadı – həftəbəcər turşusu – @aynis.kitchen

TikTok-da mövsümi reseptləri ilə diqqət çəkən@aynis.kitchen hesabı qış tədarükünə həsr olunmuşpaylaşımları ilə izləyicilərinə yeni ideyalar təqdimedir. Yaradıcı videolarından birində ən çox sevdiyiqış təamlarından olan həftəbəcər turşusununhazırlanma qaydasını bölüşüb. Badımcan, müxtəlifbibərlər, kələm, sarımsaq və göyərtilərdən hazırlananbu rəngarəng turşunun resepti mərhələlərlə nümayişetdirilir. Ərzaqların miqdarının da qeyd olunduğupaylaşım izləyicilərə ənənəvi qış tədarükününincəliklərini öyrənmək imkanı yaradır.

TikTok yaradıcılarının qış tədarükünə həsr etdiklərivideolar ənənəvi mətbəx biliklərinin rəqəmsalmühitdə yaşadılmasına töhfə verir. Yaradıcılar özreseptlərini və praktik məsləhətlərini bölüşərkənizləyicilər də şərhlər vasitəsilə təcrübə mübadiləsinəqoşulurlar. Beləliklə, TikTok milli kulinariyaənənələrinin daha geniş auditoriyaya tanıdıldığı, yeni reseptlərin kəşf edildiyi və yaradıcı icmalarınbir araya gəldiyi platforma kimi önə çıxır.