İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək.

Bu barədə Report-a diplomatik mənbə bildirib.

Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcək, həmçinin noyabrın 23-də Bakıda Azərbaycan-İtaliya biznes-forumunda iştirak edəcək.

"Forumda iştirak etmək üçün XİN rəhbərini energetika, infrastruktur və digər sahələrdə fəaliyyət göstərən 100-dən çox İtaliya şirkətinin nümayəndəsi müşayiət edəcək", - mənbə qeyd edib.