"Əl-Nasr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya millisindən ayrıldığını açıqlayıb.
Ronaldo sosial şəbəkədə yazıb:
“Portuqaliya həmişə ürəyimdə qalacaq”.
41 yaşlı Kriştianu Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 20 avqust 2003-cü ildə Qazaxıstan millisinə qarşı yoldaşlıq oyununda (1-0) edib.
Hücumçu Portuqaliya millisində 234 oyun keçirib, 146 qol vurub və 45 məhsuldar ötürmə edib. Ronaldo 2016-cı ildə Avropa Çempionatını qazanıb və iki dəfə UEFA Millətlər Liqasının qalibi olub (2018/2019, 2024/2025).