Rusiyanın keçmiş müxalifət lideri Boris Nemtsovun qızı jurnalist Janna Nemtsova qiyabi olaraq dörd il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə Moskva prokurorluğu məlumat yayıb.
Hökmə əsasən, ona səkkiz il müddətinə internet saytlarını idarə etmək də qadağan edilib.
Qeyd edək ki, Janna Nemtsova Almaniyada fəaliyyət göstərən “Boris Nemtsov Foundation for Freedom” fondunun təsisçisidir.
Rusiya Ədliyyə Nazirliyi 2024-cü ilin aprelində həmin fondu arzuolunmaz təşkilatlar siyahısına daxil edib.
Qeyd edək ki, Boris Nemtsov 2015-ci il fevralın 27-də Moskvada qətlə yetirilib.