Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyənin Antalya şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransında (COP31) iştirak etməyi planlaşdırır.
Hökumət iclasından sonra jurnalistlərə açıqlama verən Paşinyan Türkiyəyə səfər etmək niyyətində olduğunu təsdiqləyib.
Jurnalistlərin COP31-də iştirak edib-etməyəcəyi ilə bağlı sualını cavablandıran baş nazir qısa şəkildə “Bəli, belə bir niyyətim var” deyib. O, səfərlə bağlı əlavə təfərrüat açıqlamayıb.
Qeyd edək ki, COP31 sammiti noyabrın 9-dan 20-dək Antalyada keçiriləcək. Türkiyənin ilk dəfə ev sahibliyi edəcəyi beynəlxalq tədbirdə dövlət və hökumət başçıları, nazirlər, alimlər, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edəcəklər.