Ərdoğan 8 Noyabrda Azərbaycana gəlməyi planlaşdırır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi nəzərdə tutduğunu açıqlayıb.

ONN media xəbər verir ki, Türkiyə lideri bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Ərdoğan bildirib ki, gözlənilməz hər hansı vəziyyət yaranmasa, noyabrın 8-də Azərbaycana gəlməyi planlaşdırır.

"Fövqəladə bir vəziyyət yaranmasa, 8 noyabrda Azərbaycana səfər etməyi düşünürəm. İnşallah, bu səfər çərçivəsində lazımi addımları atmaq imkanımız olacaq", – deyə Türkiyə Prezidenti qeyd edib.

Ərdoğan Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin klassik diplomatik təmasların çox fövqündə olduğunu vurğulayıb:

"İki ölkənin qırılmaz bağı ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və İnşallah, gələcəyimizin məhsuludur. Türkiyə-Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur".

***12:31

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək.

ONN media xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.