Bakı, 5 noyabr, AZƏRTACAzərbaycan Mərkəzi Bankının (AMB) və maliyyə institutlarının iştirakı ilə Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilib.AMB-dən AZƏRTAC-a bildirilib ki, “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində həyata keçirilən bu aksiyada Mərkəzi Bankın sədrinin müşaviri Bəhruz Balayev və bank əməkdaşları, qurum və assosiasiyaların rəhbər şəxsləri, eləcə də assosiasiyalara üzv təşkilatların 250-yə yaxın nümayəndəsi iştirak edib.Aksiya zamanı ölkədə meşə fondunun bərpası və yaşıllıqların genişləndirilməsi məqsədilə 2 hektar ərazidə 1250 ədəd Eldar şamı və zeytun ağacı əkilib.