Hörmətli cənab Prezident!

Zəfər Günü münasibətilə Sizi səmimiyyətlə təbrik edirəm.

8 noyabr hər bir azərbaycanlı üçün sonsuz qürur, sevinc və fəxarətdir.

Siz xalqımızın illərlə yaşatdığı arzunu gerçəyə çevirən tarixi Zəfərin memarısınız. Bu gün üçrəngli bayrağımızın işğaldan azad edilmiş doğma torpaqlarımızda dalğalanması hər birimizə unudulmaz sevinc yaşadır.

Sizə möhkəm cansağlığı, xalqımıza daim birlik, ölkəmizə əbədi sülh və yeni uğurlar arzulayıram.

Allah Sizi qorusun!

Hörmətlə,

Abdul Əlizadə,

Azərbaycan Respublikası, İmişli rayonu, Murğuzallı kəndi.