Azərbaycan və Ukrayna energetika nazirləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Azərbaycan və Ukraynanın energetika nazirləri Pərviz Şahbazov və Denis Şmıqal iki ölkə arasında əməkdaşlığı müzakirə ediblər.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, mövzu iki ölkə arasında Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının həmsədrləri olan P. Şahbazov və D. Şmıqal energetika məsələlərindən başqa kənd təsərrüfatı və profil sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Qeyd edək ki, görüş Ukraynanın Ujqorod şəhərində baş tutub və nazirlər öz ölkələrinin nümayəndə heyətlərinə rəhbərlik edirlər.