Dublindən Romaya uçan sərnişin təyyarəsi bomba xəbərdarlığı alıb.
Bu barədə Fransanın daxili işlər naziri Sebastyan Lekornyunun ofisi məlumat yayıb.
Bildirilib ki, bomba xəbərdarlığından sonra təyyarə Fransanın şimalında bir aviabazaya yönləndirilib.
Vəziyyətin nəzarət altında olduğu bildirilib.
Qeyd edək ki, son günlər Avropada ən azı yeddi təyyarəyə və bir kruiz gəmisinə bomba təhlükəsi ilə bağlı xəbərdarlıqlar daxil olub. Bu təhdidlər hava limanlarında ciddi fasilələrə səbəb olsa da, heç bir partlayıcı qurğu aşkar edilməyib. Varşavaya uçan iki, Sofiyaya iki, Romaya iki və İspaniyanın Mursiya hava limanına bir reys bomba təhdidinə məruz qalıb.