Şirinləşdirilmiş mineral və qazlı içki istehsalı aksiz vergisinə cəlb olunacaq

Azərbaycanda şirinləşdirilmiş mineral və qazlı içkilər aksizli mal hesab ediləcək, onun istehsalının hər litrinə görə 0,1 manat aksiz vergisi tətbiq ediləcək.

Bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.

Bundan başqa, qanun layihəsinə əsasən, gözəllik xidmətləri göstərən şəxslərə münasibətdə sadələşdirilmiş vergi dərəcələrinin tətbiqi hüququnun 5 il müddətinə verilməsi (nağd dövriyyə 8 %, nağdsız dövriyyə 6 %), habelə ƏDV ödəyicisi kimi gözəllik xidmətləri göstərən şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən onların nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 %-nin ƏDV tutulan ümumi dövriyyələrindən çıxılması təklif olunur.