"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı–Ağstafa–Bakı marşrutu üzrə yüksək sərnişin tələbatının qarşılanması məqsədilə həftəsonlarında əlavə qatar reysləri təyin edib.
Bu barədə ADY-dən məlumat verilib.
Əlavə reyslər noyabr ayı ərzində şənbə və bazar günləri həyata keçiriləcək.
Hərəkət qrafikinə əsasən, əlavə qatarların gediş saatları və tarixləri müəyyənləşib:
Bakı–Ağstafa: 14, 21 və 28 noyabr (şənbə günləri) – saat 09:20
Ağstafa–Bakı: 15, 22 və 29 noyabr (bazar günləri) – saat 15:15
Eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlərin təşkili davam etdirilir.
Sərnişinlər biletləri ADY-nin rəsmi saytından (ady.az), “ADY Mobile” tətbiqindən və ya dəmiryol kassalarından əldə edə bilərlər.