Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə əlavə qatar reysləri təyin EDİLDİ

"Azərbaycan Dəmir Yolları" QSC Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar sərnişin tələbatını nəzərə alaraq qatar reysləri təyin edib.

Bu barədə ADY-dən məlumat verilib.

8 noyabrda Gəncədən və Mingəçevirdən səfərlər təşkil olunacaq.

Biletləri saytdan, "ADY Mobile" tətbiqindən və dəmiryol kassalarından əldə etmək mümkündür.