Bakıda tanınmış klinika kapitalını 91% azaldır

Azərbaycanda fəaliyyət göstərən “Skin Code Clinic” MMC nizamnamə kapitalını 1 000 manatdan 90 manata endirir.

Şirkətin nizamnamə kapitalı 910 manat və ya 91% azaldılaraq hər birinin nominal dəyəri 1 manat olan 90 paydan ibarət olmaqla 90 manat müəyyən edilir.

Şirkətin kreditorları öz tələblərini müəssisənin hüquqi ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Skin Code Clinic” MMC -nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 68 ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Elçin Hüseynov Mahir oğludur.