Məhkəmə Qaqik Çarukyanın həbs müddətini uzatdi

İrəvanın Nor Nork rayon məhkəməsi “Çiçəklənən Ermənistan” Partiyasının lideri, iş adamı Qaqik Çarukyanın həbs müddətini daha üç ay uzadıb.

Bu barədə məhkəmənin qərarı açıqlanıb.

Xatırladaq ki, Qaqik Çarukyan iyulun 7-də xüsusilə külli miqdarda dələduzluq və çirkli pulların yuyulması ittihamları ilə həbs edilib. Daha sonra ona qarşı vergidən yayınma maddəsi ilə də yeni cinayət təqibinə başlanıb.

Sentyabrın 4-də məhkəmə onun həbs müddətini iki ay uzatmışdı.

Çarukyanın müdafiə tərəfi isə onun həbsdə saxlanılması üçün heç bir əsasın olmadığını bildirir.