Ukrayna prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ administrasiyasının rəhbərinin kürəkəni Cared Kuşnerlə telefon danışığı aparıb.
Bu barədə danışığın görüntülərini yayımlayan TSN telekanalı məlumat verib.
Tərəflər noyabrın 10-11-də Əbu-Dabidə keçirilməsi planlaşdırılan Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlara hazırlığı müzakirə ediblər.
Söhbət zamanı Əbu-Dabidəki danışıqlara hazırlıq, həmçinin Brüsseldə keçirilən Ukrayna, ABŞ və Avropa ölkələrinin texniki qrupları arasında məsləhətləşmələr müzakirə olunub.