“Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsində növbəti oyununu keçirib.
Azərbaycan təmsilçisi səfərdə Norveçin “Vikinq” klubu ilə qarşılaşıb. Stavanger şəhərində keçirilən görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda ilk qolu 11-ci dəqiqədə Orfe Mbina vurub. Erik Botheym 27-ci dəqiqədə hesabı bərabərləşdirib. 69-cu dəqiqədə Zlatko Tripiç penaltidən “Vikinq”i önə keçirib. Ardınca Henrik Falşener 81-ci dəqiqədə fərqi artırıb. Botheym isə 90+4-cü dəqiqədə son qolu vuraraq dubl edib.
Qeyd edək ki, “Sabah”ın futbolçusu Eyden Makkarti 77-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Azərbaycan çempionu daha əvvəl “Mançester Yunayted”ə 0:4, “Borussiya”ya (Dortmund) isə 1:2 hesabı ilə uduzub. Komanda “Slaviya”nı 2:0 hesabı ilə məğlub edib.
“Sabah” növbəti matçını noyabrın 25-də Bakı Olimpiya Stadionunda İspaniyanın “Barselona” klubuna qarşı keçirəcək.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda Norveçin "Vikinq" və Azərbaycanın "Sabah" komandaları arasında keçirilən qarşılaşmada hesab bərabərləşib.
Meydan sahiblərinin heyətində Erik Botheym 27-ci dəqiqədə fərqlənərək hesabı 1:1 edib.
Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda ilk qol vurulub.
Stavanger şəhərində keçirilən matçda Azərbaycan çempionu hesabı açıb.
11-ci dəqiqədə Orfe Mbina adını tabloya yazıdıb.
UEFA Çempionlar Liqasının əsas mərhələsində Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında IV turun oyunu başlayıb.
Stavanger şəhərində təşkil olunan qarşılaşma Bakı vaxtı ilə saat 24:00-da start götürüb.
Matçı niderlandlı Sander van der Eyk idarə edir.