"Sabah" "Vikinq" səfərində məğlub oldu- Video- Yeniləndi-7

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsindəki növbəti oyununu Norveçdə "Vikinq" komandasına qarşı keçirib.

Stavanger şəhərində baş tutan qarşılaşma ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv açıb. 11-ci dəqiqədə Orfe Mbina fərqlənib. 27-ci dəqiqədə Erik Botheym tablodakı rəqəmləri eyniləşdirib. 69-cu dəqiqədə Zlatko Tripiç norveçliləri hesabda irəli çıxarıb.

O, kobud oyuna görə təyin olunan penalti zərbəsi yerinə yetirib. Futbolçunun ilk vuruşunu qapıçı Stat Pokatilov dəf etsə də, ikinci cəhd uğurlu alınıb. Daha sonra Henrik Falşener 81-ci dəqiqədə başla dəqiq oynayıb. Oyunda son nöqtəni 90+4-cü dəqiqədə dubl edən Erik Botheym qoyub.

"Bayquşlar" matçı 10 nəfərlə başa vurublar. 77-ci dəqiqədə Eyden Makkarti kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.

Xatərıadaq ki, "Sabah" daha əvvəl UEFA Çempionlar Liqasının Liqa mərhələsində İngiltərənin "Mançester Yunayted" (0:4) və Almaniyanın "Borussiya" (Dortmund) klublarına uduzub - 1:2. Azərbaycan çempionu Çexiyanın "Slaviya" komandasını 2:0 hesabı ilə məğlub edib.

"Sabah" növbəti oyununu noyabrın 25-də, Bakı Olimpiya Stadionunda "Barselona"ya (İspaniya) qarşı keçirəcək.

Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda dördüncü qol vurulub.

Stavanger şəhərində keçirilən matçda ev sahibləri hesabdakı üstünlüklərini möhkəmləndiriblər - 3:1.

81-ci dəqiqədə Henrik Falşener başla dəqiq oynayıb.

Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda üçüncü qol vurulub.

Stavanger şəhərində keçirilən matçda ev sahibləri hesabda irəli çıxıblar - 2:1.

69-cu dəqiqədə Zlatko Tripiç diqqət mərkəzinə düşüb.

"Vikinq" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda ikinci hissə başlayıb..

Stavanger şəhərində keçirilən matçda 1:1 hesablı bərabərlik davam edir.

Qarşılaşmanı Niderlanddan olan FIFA referisi Sander van der Eyk idarə edir.

"Vikinq" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda ilk hissə yekunlaşıb.

Stavanger şəhərində keçirilən matçda tərəflər fasiləyə bərabərliklə yollanıblar - 1:1.

Qarşılaşmanı Niderlanddan olan FIFA referisi Sander van der Eyk idarə edir.

Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda ikinci qol vurulub.

Stavanger şəhərində keçirilən matçda ev sahibləri hesabı bərabərləşdiriblər - 1:1.

27-ci dəqiqədə Erik Botheym fərqlənib.

Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda ilk qol vurulub.

Stavanger şəhərində keçirilən matçda Azərbaycan çempionu hesabı açıb.

11-ci dəqiqədə Orfe Mbina adını tabloya yazıdıb.

Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunu başlayıb.

Matç Stavanger şəhərində keçirilir.

Qarşılaşmanı Niderlanddan olan FIFA referisi Sander van der Eyk idarə edir.