“Qarabağ” “Dinamo”ya, “Sabah” “Vikinq”ə darmadağınla məğlub oldu

“Sabah” və “Qarabağ” klublarının U-19 komandaları UEFA Gənclər Liqasında növbəti oyunlarını keçiriblər.

“Sabah” əsas mərhələnin IV turunda Norveçdə “Vikinq”in müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayıb və təmsilçimiz 0:5 hesabı ilə məğlub olub.

“Qarabağ” isə II təsnifat mərhələsinin cavab oyununda Xorvatiyada “Dinamo”nun qonağı olub. İlk matçda 1:2 hesabı ilə uduzan Rəşad Sadiqovun yetirmələri səfərdə də rəqibinə 0:7 hesabı ilə məğlub olub.