Həmkəndlilərini AMEA-nın qarşısında təkləyib döydülər, cinayət işi açıldı

Bakıda küçədə xuliqanlıq hərəkətləri törədənlərə cinayət işi açılıb.

Hadisə gecə saatlarında Yasamal rayonu, Hüseyn Cavid prospektiində, Milli Elmlər Akademiyasının qarşısındakə parkda qeydə alınıb.

Hər ikisi 18 yaşlı olan Fərid və Mənsur həmkəndliləri olan 20 yaşlı Bəhruzu (adlar şərti) qeyd olunan ərazidə nalayiq ifadələrlə təhqir ediblər. Sonra növbəli şəkildə yumruq və təpik zərbələri ilə Bəhruzun baş və bədəninin digər nahiyələrinə zərbələr vuraraq, xəsarətlər yetiriblər.

Faktla bağlı Bərdə rayon sakinləri olan gənclər barəsində cinayət işi açılıb.

Məhkəmənin qərarı ilə onların hər biri 1 il 3 ay 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediliblər.