IRIS-T sistemlərinin və F-16 təyyarələri üçün sursatların Ukraynaya göndərilməsi nəzərdən keçiriləcək.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında Almaniyanın müdafiə naziri Boris Pistoriusla görüşünün nəticələrini şərh edərkən deyib.
“Bizim qarşıdakı iki il ərzində Almaniya istehsalı olan PAC-2 raketlərinin alınması ilə bağlı genişmiqyaslı müqaviləmiz var. Hazırda tədarüklərin sürətləndirilməsi istiqamətində iş aparırıq. Bu, ukraynalılara qarşıdan gələn qışı keçirməkdə əhəmiyyətli dərəcədə kömək edəcək”, - Zelenski qeyd edib.