Göyçay rayonunda avtomobil qəzası baş verib. Hadisə rayonun Çayarxı kəndi ərazisində qeydə alınıb.Belə ki, idarəetmədən çıxan VAZ-2107 markalı minik avtomobili elektrik dirəyinə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, 10-a yaxın kəndin elektrik enerjisi təchizatında fasilə yaranıb.Rayon sakinlərinin verdiyi məlumata görə, bir müddət sonra kəndlərə elektrik enerjisinin verilişi bərpa edilib.Faktla bağlı araşdırma aparılır.Yeni Sabah.