Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizi 8 Noyabr – Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm.
Altı il bundan əvvəl Sizin rəhbərliyinizlə rəşadətli Azərbaycan Ordusu şanlı tarix yazdı. Torpaqlarımız işğaldan azad edildi, xalqımızın Qarabağ həsrətinə son qoyuldu. Bu tarixi Qələbə Sizin uzaqgörən siyasətinizin, prinsipial mövqeyinizin, qətiyyətinizin, cəsarətli addımlarınızın nəticəsidir. Xalqımıza böyük xoşbəxtlik bəxş etdiyinizə görə Sizə minnətdarıq. Sizinlə qürur duyuruq.
Sizə uzun ömür, möhkəm cansağlığı və ölkəmizin inkişafı, rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Dərin hörmət və ehtiramla,
162 nömrəli uşaq bağçasının kollektivi adından Vüsalə Məmmədova,
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.