Maska respublikaçıların seçkidə məğlubiyyətindən sonra 60 milyard dollar ziyan dəydi

ABŞ Konqresinə keçirilən seçkilərdə respublikaçıların məğlubiyyətindən sonra İlon Maskın sərvəti 60 milyard dollardan çox azalıb.

Bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Seçkilərin nəticələri fonunda “Tesla” şirkətinin səhmləri erkən ticarət əməliyyatlarında 5,7%, “SpaceX”in səhmləri isə 7,6% ucuzlaşıb.

Bundan əlavə, Konqresin nəzarətinin demokratlara keçməsi dövlət nəzarətinin güclənməsi səbəbindən Maskın hər iki şirkəti birləşdirmək planlarını çətinləşdirə bilər.