Putin: Rusiya heç kimə təhlükə yaratmır və əməkdaşlıq etməyə çalışır

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin heç bir dövləti təhdid etmədiyini və digər ölkələrlə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

"Tass" agentliyinə istinadla, Putin bu fikirləri Kremldə keçirilən mükafatlandırma mərasimində səsləndirib.

“İlk növbədə, siyasi səviyyədə qəbul etmək çox vacibdir ki, Rusiya heç vaxt heç kimi təhdid etməyib və indi də heç kimi təhdid etmir”, – deyə Rusiya lideri bildirib.

Putin əlavə edib ki, Moskva digər dövlətlərlə əməkdaşlıq axtarır.