Möhtərəm cənab Prezident!
Sizi 8 Noyabr-Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, xalqımıza yaşatdığınız tarixi Qələbəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Zəfərin bizə bəxş etdiyi qürur hissi hər zaman qəlbimizdə yaşayır və yaşayacaqdır.
Siz ölkəmizin bütün sahələrdə inkişafı, beynəlxalq miqyasda nüfuzunun artması və mövqeyinin möhkəmlənməsi üçün böyük işlər görmüsünüz. Vətən və xalq naminə yorulmaz səylər göstərdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm.
Sizə möhkəm cansağlığı, uzun ömür, fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Hörmətlə,
Ramil Vəliyev,
Azərbaycan Respublikası, Gəncə şəhəri.