İspaniyanın “Barselona” klubunun futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasında tarixi rekorda imza atıb.
18 yaşlı hücumçu İngiltərənin “Aston Villa” komandası ilə matçın 7-ci dəqiqəsində fərqlənib.
"Opta"nın məlumatına görə, bu, Lamin Yamalın Çempionlar Liqasında 14-cü qolu olub. Bununla da o, turnir tarixində 19 yaşına çatmamış ən çox qol vuran futbolçu adına yiyələnib.
Əvvəlki rekord Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappeyə məxsus idi. O, 20 yaşına qədər Çempionlar Liqasında 13 qol vurub. Norveçli Erlinq Holann isə 10 qolla üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, Yamal 14 qola 37 matçda imza atıb. Onun aktivində 14 məhsuldar ötürmə də var.