Şirkətlərin iri obyektləri qeydiyyata alınmır, vergi ödənmir - İRAD

2027-ci ildə əmlak vergisi üzrə daxilolmaların ÜDM-ə, o cümlədən qeyri neft-qaz və neft-qaz sektorları üzrə əmlak vergisi üzrə daxilolmaların həmin sektorlar üzrə ÜDM-ə nisbətinin 0,3% olacağı proqnozlaşdırılır.

Ölkə.az-ın xəbərinə görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2027-ci il dövlət büdcəsinin müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, əmlak vergisinin hesablanması və ödənilməsi vəziyyəti ilə bağlı keçirdiyimiz audit bu vergi növü üzrə potensialın mövcud olduğunu göstərir:

"Belə ki, audit çərçivəsində hüquqi şəxslərin adında iri sahələrə malik daşınmaz əmlaklarının, yəni kommersiya obyektlərinin mövcud olmasına baxmayaraq həmin daşınmaz əmlakların vergi uçotunda əsas vəsaitlər kimi əks etdirilmədiyi və əmlak vergisinə cəlb edilmədiyi müəyyən edilib. Audit nəticələrinə əsasən, əmlak vergisinə cəlb edilməmənin səbəbləri bir qayda olaraq daşınmaz əmlakların istismara buraxılış sənədləşməsində olan yubanmalarla əlaqədardır".