Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması, hava çirklənməsinin insan sağlamlığına və ətraf mühitə mənfi təsirinin azaldılması, insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi, habelə ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə sahəsində Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinin və milli iqlim hədəflərinin icrası məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamı ilə yaradılmış İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzrə Dövlət Komissiyası: 1.1. atmosfer havasının çirklənməsinin qarşısının alınması və keyfiyyətinin yaxşılaşdırılması sahəsində sistemli və əlaqələndirilmiş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında atmosfer havasının çirklənməsinə qarşı mübarizəyə dair 2028–2035-ci illər üçün Milli Fəaliyyət Planı”nın (bundan sonra – Milli Fəaliyyət Planı) layihəsini 2027-ci il noyabrın 1-dək hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.2. Milli Fəaliyyət Planının layihəsi hazırlanarkən aşağıdakıları təmin etsin:1.2.1. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də müəyyən edilmiş təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioritetlərinin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə bağlı Tərəflərin 21-ci Konfransında (COP21) qəbul olunmuş Paris Sazişi, habelə Tərəflərin 29-cu Konfransının (COP29) nəticələri və ölkəmizin “Yenilənmiş, 3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” sənədi və “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası”nın hədəfləri ilə kompleks şəkildə həyata keçirilməsini; 1.2.2. atmosfer havasının keyfiyyətinin mövcud vəziyyətinin, əsas çirklənmə mənbələrinin və hava çirklənməsinin insan sağlamlığına və ətraf mühitə mənfi təsirinin qiymətləndirilməsini; 1.2.3. atmosfer havasının keyfiyyətinin monitorinqi sisteminin təkmilləşdirilməsini, atmosfer havasına atılan zərərli maddələrin, zərərli fiziki təsirlərin və onların mənbələrinin inventarlaşdırılması və dövlət uçotu mexanizmlərinin gücləndirilməsini, habelə transsərhəd çirklənmə üzrə məlumat mübadiləsi mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasını; 1.2.4. əsas iqtisadi sahələr üzrə atmosfer havasına atılan zərərli maddələrin azaldılmasına yönəlmiş tədbirlərin müəyyən edilməsinini və müvafiq ekoloji standartların təkmilləşdirilməsini;1.2.5. qabaqcıl texnologiyaların və rəqəmsal nəzarət mexanizmlərinin tətbiqini və təkmilləşdirilməsini;1.2.6. şəhər və digər yaşayış məntəqələrinin planlaşdırılmasında atmosfer havasının keyfiyyət meyarlarının nəzərə alınmasını, iri şəhərlərdə atmosfer havasının çirklənməsi səviyyəsinə uyğun zonalaşdırma prinsipinin tətbiqini və çirklənmə səviyyəsi yüksək olan ərazilər üçün əlavə tədbirlər planının hazırlanmasını;1.2.7. iqtisadi stimullaşdırma alətlərindən, yaşıl maliyyələşmə və dövlət–özəl tərəfdaşlığı mexanizmlərindən istifadə imkanlarının müəyyən edilməsini;1.2.8. atmosfer havasının keyfiyyəti barədə məlumatlara ictimaiyyətin çıxışı imkanlarının genişləndirilməsini;1.3. Milli Fəaliyyət Planı layihəsinin hazırlanması zamanı qabaqcıl beynəlxalq təcrübədən yararlanmaq məqsədilə beynəlxalq təşkilatların, mütəxəssislərin və ixtisaslaşmış məsləhətçi şirkətlərin cəlb olunması, habelə yerli elmi təşkilatların və mütəxəssislərin, eləcə də vətəndaş cəmiyyəti institutlarının bu sahədə potensialından istifadə edilməsi imkanlarını qiymətləndirsin; 1.4. bu Sərəncamın 1.1-ci bəndinin icrasının təmin edilməsi üçün digər zəruri tədbirlər görsün. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 4 noyabr 2026-cı il
Bu gün
2828 xəbər bu gün
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Türkiyədən idxal olunan iki adda...
Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) 2026-cı ilin oktyabr ayı üzrə daşınmaz əmlak bazarının göstəricilərini açıqlayıb.
Regionda artan geosiyasi gərginlik, İranın nüvə obyektlərinə mümkün zərbələr ehtimalı beynəlxalq ictimaiyyətlə yanaşı, Azərbaycan üçün də ciddi narahatlıq doğurur. İranla həmsərhəd olmağımız fonunda baş verə biləcək hər…
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: "Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu. Ölkənizin Zəfər…
Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan…
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı ilə əlaqədar Azərbaycanda səfərdə olan Belarus…
Bakı Humanitar Kollecində tələbə bıçaqlanıb. "Bakupost"a istinadən, hadisə kollecin "Gənclik korpusu"nun həyətində qeydə alınıb. Belə ki, iki tələbə arasında yaranan mübahisə zamanı onlardan biri digərinə 6 bıçaq zərbəsi…
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyində yeni təyinatlar olub. sədr müavini təyin edilib. Prezident İlham Əliyevin sərəncam ilə Zaur Əvəz oğlu Ələkbərov Dövlət Ehtiyatları Agentliyində sədr müavini təyin…
SDU-da hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır. Bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli AzEdu.az-a geniş müshibəsi zamanı qeyd edib. Rektor bildirib ki, SDU klassik dövlət…
Pakistan Prezidenti Asif Əli Zərdari və Səudiyyə Ərəbistanının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubları ünvanlayıblar. Asif Əli Zərdari Zəfər…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva noyabrın 4-də Bakı Ekspo Mərkəzində keçirilən “AIREX 2026” - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak…
Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakistan Hökuməti və xalqı adından…
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri…
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH), Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış Şanlı Qələbənin 6-cı ildönümünə həsr olunan Bakı…
Cinayət və Cinayət-Prosessual məcəllələrinə dəyişiklik edilib.
Səudiyyə Ərəbistanı səfirliyi "Adahi" proqramı çərçivəsində Azərbaycan üçün göndərilən qurban ətlərinin paylanmasını həyata keçirib.
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb.
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) 2026-cı ilin oktyabr ayı üzrə daşınmaz əmlak bazarının göstəricilərini açıqlayıb.
По его словам, судьба страны Запад не интересует, ее используют лишь как инструмент борьбы с Москвой.
Это 11–13% бюджета Азербайджана.
Президент Ильхам Алиев подписал распоряжение «О мерах по усилению борьбы с загрязнением атмосферного воздуха». Государственной комиссии по вопросам изменения климата и охраны атмосферного воздуха поручено...
Президент Ильхам Алиев подписал распоряжение о награждении председателя Правления Агентства по интеллектуальной собственности Кямрана Иманова орденом «Шараф». К.Иманов удостоен награды за многолетнюю плодотворную…
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib.
Zaur İlham oğlu Abişev Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib.
Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Futbol üzrə ölkə çempionatının 1-ci liqasının 7-ci turunda bu gün keçirilməli olan “Mingəçevir” – “Şahdağ Qusar” matçı baş tutmayıb. Qonaqlar meydana çıxsa da, meydan sahiblərinin futbolçuları oyunu boykot edib. Buna…
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan! Şanlı tariximizin qızıl səhifəsi …
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Möhtərəm cənab …
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Möhtərəm cənab …
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Əs-səlamu əleykum …
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Əs-səlamu əleykum …
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan, Sizi tariximizin ən şərəfli …
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham …
Bakı Humanitar Kollecində tələbə bıçaqlanıb. "Bakupost"a istinadən, hadisə kollecin "Gənclik korpusu"nun həyətində qeydə alınıb.Belə ki, iki tələbə arasında yaranan mübahisə zamanı onlardan biri digərinə 6 bıçaq zərbəsi…
"BakıKart" və "Mastercard"ın birgə kampaniyası çərçivəsində sərnişinlər metro və avtobuslarda hər dördüncü gediş üçün 1 qəpik ödəyəcəklər. Bu barədə "BakıKart" məlumat yayıb.Kampaniya Azərbaycanda fəaliyyət göstərən…
Kamran Sultan oğlu İmanov “Şərəf” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.Sərəncama əsasən, Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə və əqli mülkiyyət…
Prezident İlham Əliyev Milli Məclisin oktyabrın 27-də qəbul etdiyi "İcra haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Dəyişikliyə əsasən, Azərbaycanda borc…