Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Kriştianu Ronaldu Portuqaliya millisindən ayrılıb.
41 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Ronaldo 2003-cü ildə debüt etdiyi Portuqaliya millisinin heyətində 234 oyun keçirib. Təcrübəli hücumçu bu görüşlərdə 146 qol vurub, 45 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Ronaldo milli komanda ilə 2016-cı ildə Avropa çempionu olub. O, 2019 və 2025-ci illərdə isə UEFA Millətlər Liqasının qalibi adını qazanıb.