İstanbulda bina çökdü, dağıntılar altında qalanlar var

İstanbulun Bahçelievler rayonunda tikinti sahəsinin bünövrəsi üçün qazıntı işləri aparılarkən yaxınlıqdakı digər bina çöküb.

Yerli KİV-ə istinadən, hadisə nəticəsində iki nəfər torpaq altında qalıb.

Əraziyə təcili tibbi yardım və axtarış-xilasetmə qrupları cəlb olunub. Hazırda torpaq altında qalan şəxslərin xilas edilməsi istiqamətində işlər davam etdirilir.