İradə İbrahimova: “Məni Madonnaya bənzədirdilər”

“Hamı məni Madonnaya bənzədirdi”.

Bu sözləri müğənni “Xəzər axşamı” verilişində deyib.

Sənətçi 25 il əvvəl ekran həyatı qazanan “Son qərar” mahnısına çəkilən klipindən danışıb:

“25 il əvvəl çəkilən o klipimdə suyun içərisində görüntülərim var. Böyük bir hovuzu doldurub məni suyun içərisinə salırdılar. O zamanın şərtlərinə görə çox böyük səs-küyə səbəb olmuşdu o klip. Onda sosial şəbəkələr yox idi. Çox böyük zəhmət çəkmişdik. O ekran işində hamı məni Madonnaya bənzədirdi.

Klipin büdcəsi də böyük idi. Ümumiyyətlə, o dönəmlərdə pulu qazanırdıq, dərhal da son qəpiyədək xərcləyirdik. Hərdən deyirəm bacım Nigarlaşdan (və ya bacım Nigardan) borc alıram. Yəni o qədər qazanmağımıza baxmayaraq, o qədər də xərcləyirdik”.