Bakı, 6 noyabr, AZƏRTAC Dövlət və özəl idarəetmə, inkişaf və maliyyə xidmətləri sahələrində mövcud problemlərin həlli, institusional səmərəliliyin artırılması mühüm əhəmiyyət daşıyır. Bütün bu istiqamətlər bir-biri ilə əlaqəli inkişaf prosesinin tərkib hissəsidir.AZƏRTAC xəbər verir ki, bunu Qambiyanın dövlət xidməti, inzibati islahatlar, siyasətin əlaqələndirilməsi və icrası üzrə daimi katibi Pateh Jah "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı sammit çərçivəsində keçirilən "Səmərəli idarəetmə üçün tərəfdaşlığın gücləndirilməsi" mövzusunda sessiyada çıxış edərkən deyib."Bu gün üzləşdiyimiz çağırışlar hər hansı bir qurumun səlahiyyətləri çərçivəsində təkbaşına həll edilə bilməz. Bütün bu məsələlərin həlli bir neçə sektorun razılaşdırılmış fəaliyyətini və qurumlararası əməkdaşlığı tələb edir. Yalnız bu yolla mövcud problemlərə və çağırışlara effektiv cavab vermək mümkündür. Buna görə də müasir dövlət idarəçiliyi dövlət qurumları, özəl sektor, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflər arasında əməkdaşlığa, eləcə də ümummilli məqsədlərə nail olmaq üçün birgə fəaliyyətə əsaslanmalıdır", - deyə Qambiya rəsmisi qeyd edib. Müxbirlər - Günel Türksoy, Nailə Həsənova Fotoqraf - Səfiyar Məcnun
Qambiya rəsmisi: Müasir dövlət idarəçiliyi birgə fəaliyyətə əsaslanmalıdır
Mənbə: azertag.az/xeber/qambiya_resmisi_muasir_dovlet_idarechiliyi_birge_fealiyyete_esaslanmalidir-4498566