Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı səfirliyi “Adahi” proqramı çərçivəsində Azərbaycana göndərilən qurban ətinin paylanmasını həyata keçirib.
Tədbirin əvvəlində səfirliklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi arasında təhvil-təslim aktı imzalanıb.
Ümumi çəkisi 46,5 ton olan qurban əti 7 min ailəyə paylanacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında fəaliyyət göstərən “Adahi” proqramı Həcc mövsümündə qurbanlıq heyvanların kəsilməsini, ətinin emalını və ehtiyacı olan insanlara paylanmasını təşkil edir. 1983-cü ildə yaradılan proqram zəvvarların qurban ibadətini asanlaşdırmaqla yanaşı, humanitar yardımın genişləndirilməsinə də xidmət edir.