Gələn ildən körpəsi doğulanlara 1500 manat VERİLƏCƏK - RƏSMİ

Azərbaycanda növbəti ildən etibarən uşağın doğulmasına görə ödəniləcək məbləğ 1500 manat olacaq.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Xatırladaq ki, 2026-ci ildə sözügedən məbləğ 600 manat olub.