"Sabah" UEFA Gənclər Liqasında ilk xalları qazana biləcəkmi?

“Sabah”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasında növbəti oyuna çıxacaq.

Adino Mustedanaqiçin rəhbərlik etdiyi komanda Norveçdə “Vikinq”in müvafiq yaş qrupu ilə üz-üzə gələcək. Görüşə saat 16.00-da start veriləcək.

“Sabah” bunadək keçirdiyi matçlarda “Mançester Yunayted”ə (0:5), “Slaviya”ya (0:3) və Dortmund “Borussiya”sına (0:2) uduzub.

Azərbaycan təmsilçisi xalsızdı, 36 komanda arasında sonuncu yerdədi.